Emin Şəkinski keçmiş qaynını bağışladı
Zərərçəkmiş qismində Emin Şəkinski tanınır.
Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şabah Hüseynov ifadə verib.
O, bu iş üzrə daha əvvəl şahid qismində dindirildiyini, Pənah Dadaşovu Gürcüstana apardığını, təqsirləndirilən şəxsi tanımadığını deyib.
Digər şahid Tahir Hüseynov dindirilən zaman söyləyib ki, bu iş üzrə daha əvvəl təqsirli bilinib və məhkəmənin hökmü ilə şərti cəza alıb. O qeyd edib ki, E.Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskayanı uşaqları ilə birgə Gürcüstana aparıb.
Bu iş üzrə şərti cəza almış Adəm İsgəndərov da şahid qismində ifadə verib. Onun sözlərinə görə, uşaqlarının adına sənəd düzəltdirib.
Şahid qismində dindirilən Pərvin Dadaşov söyləyib ki, sənədlərin düzəlməsində iştirak edib. O bildirib ki, iş üzrə təqsirli bilinib və şərti cəza alıb.
Elan olunub ki, iş üzrə ifadə verməmiş 9 şahid məhkəməyə teleqram göndərib, şahidlərin dindirilməsi məhdudlaşdırılıb.
Daha sonra E.Şəkinskinin vəkili çıxış edib. O, müvəkkilinin təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını bildirib.
Hakim deyib ki, zərərçəkmiş bununla bağlı növbəti prosesdə məhkəməyə yazılı ərizə təqdim etməlidir.
Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.
Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.
“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.
F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatı təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.
Zərərçəkmiş qismində E.Şəkinski tanınır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-03-2019, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-03-2019, 11:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11