Zümrüd Yağmurun mülklərinə həbs qoyuldu
AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun mülklərinə həbs qoyulub.
Bu barədə Zümrüd Yağmur öz feysbuk hesabında paylaşım edib.
"Yaşadığım ev, adıma olan torpaq sahəsi və idarə etdiyim avtomobilin üzərinə həbs qoyulub, hətta maşının sürülməsi belə qadağan olunub. Hərçənd ki, buna ehtiyac yoxdu, çünki mülkün bölünməsinin vacibliyini bilirəm və qarşı tərəfə təklif etmişdim ki, ya bölgünü rəsmi qaydada edək, ya da öz aramızda razılaşma ilə... Öz aramızda həllin və mülkün satılıb əldə edilən gəlirin bölünməsinin daha məqbul olduğunu dedikdən sonra hər şey satışa çıxarılmışdı.
Amma sonrada hər şeyə həbs qoyulması qərarı ilə üz-üzə qaldım. Gözlənilməz idi, amma məsələ bu deyil. Açığı, heç vaxt maddiyyatçı olmamışam və hətta indi başqa bir yerdə yaşamaq imkanm olsa, bu evdən bir dəfəlik imtina edə biləcəyimi də dəfələrlə söyləmişəm. Amma avtomobilin sürülməsinə qadağa qoyulması ən pisi idi, çünki mən şəhərdən xeyli uzaqda yaşayıram və qızım Sənay şəhərdə oxuyur, bütün hazırlıq kurslarına da şəhərdə gedir. Maşın mənə daha çox Sənayın məktəbə, kursa aparılması üçün lazımdır.
Buna görə də maşının idarə olunmasına qoyulmuş qadağaının götürülməsi üçün məhkəməyə müraciət etdim. Çünki Sənay əks halda piyada qalacaq, bu həm vaxt itkisi, həm də daha çox yorulmaqdı.
Bu gün nə olub?
SMS- lə çıxmışam. Məni saxlayıblar karantin konturolu üçün... SMS-i yoxlayanda polis maşını sürməmin qadağan olduğunu, qanunla cərimə meydançasına aparılmasının vacibliyini dedi. Sağ olsun, "yaxşı" polis bu dəfə güzəşt etdi. Karantin dövrü olduğuna görə...
Bu öz yerində... Evə gəlib görürəm ki, məhkəmədən məktub gəlib. 15 apreldə mənim şikayət ərizəmə baxıb avtomobilin üzərindən həbsin görütülməsi iddiamı təmin etməyiblər.
Bir sözlə, ölkədə qanunların işləməsi, ədalətli tətbiqi bir yana dursun, poçtundan tutmuş mötəbər idarələrinə qədər hərə iş rejimini özü müəyyən edir. Kim necə istəyir elə... 15 apreldə verilmiş qərar mənim əlimə 24-ü çatır. Xırdalandan Mehdiabada bu vaxt ərzində piyada gətirsəydilər məktub daha tez çatardı.
Deməyin ki, karantin dövrüdür, başqa vaxt da eynidir. Doğrudan, normal işləmək heç mümkün deyil?"
Paylaş:
Müəllif : Fuad
Tarix:24-04-2020, 22:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:24-04-2020, 22:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11