“NEFT, HEÇ BİR HALDA ÖNCƏKİ SİYASİ NÜFUZUNU QAYTARA BİLMƏZ” – “Kənd təsərrüfatı Azərbaycan üçün fürsət ola bilər”
Avtandil Məmmədov: “OPEC+ anlaşmasını pozanların heç bir hüquqi öhdəliyi yoxdur”
Rusiyanın dünyaca ünlü boru metallurgiya şirkəti “TMK”-nın Azərbaycan bölümünün rəhbəri Avtandil Məmmədovla müsahibə
- Avtandil bəy, OPEC+ çərçivəsində Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatının azaldılmasını razılaşdırsa da, bu, dünya bazarında neftin qiymətinə təsir etmədi. Səbəb nədir?
- Bu sadə bazar problemdir – təklif tələbi hələ də dəfələrlə üstələdiyi üçün qiymət artımı baş vermir. Düşünürəm ki, əgər tərəflər ehtiyatlı davranıb əldə olunan razılaşmanın tələblərini yerinə yetirsəydilər, neftin 1 barelinin qiyməti 25-30 USD səviyyəsində sabitləşə bilərdi. Ancaq hasilatın azaldılması üzrə əldə olunan razılaşma hələlik rəsmiləşdirilməyib. Rusiyanın nəhəng neft şirkətlərindən birinin vitse-prezidenti razılaşmanı şərh edərkən bildirib ki, bu sənədlər ona qalib və məğlub arasında imzalanan Brest Sazişini xatırladır. Rusiyanın enerji naziri isə bildirib ki, ölkənin neft hasilatı ilə məşğul olan şirkətləri hasilat üzrə məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bərpası üçün ciddi kapital tələb edən quyuları dondurmayacaq. Yada salım ki, dondurulduqdan sonra bərpası tələb olunan quyular Rusiya neft quyularının 90-95 faizi deməkdir. Yəni, məntiq onu deyir ki, hasilatı azaltmaq ümumiyyətlə mümkün deyil. Bazarın real məhdudlaşmaya inamının olmaması ona gətirib ki, neft hasilatı ilə məşğul olan iki nəhəng ölkə günlük hasilatı 3,5 milyon bareldən çox, OPEC+ 10 milyon bareldən çox azaldıb, qiymətdə isə heç bir dəyişiklik baş verməyib.
Qarşılıqlı inamsızlığı dərinləşdirəcək bir problem də o dur ki, OPEC+ formatında yalnız hasilatı məhdudlaşdırma razılaşması imzalanır, qiymət haqında heç bir razılaşma müzakirə edilmir və edilə də bilməz. Bununla yanaşı, İMO-2020 normaları çərçivəsində URALS markalı Rusiya nefti üçün yaranmış çətinliklərdən istifadə edərək Səudiyyə Ərəbistanın əlavə diskontlarla Rusiyanın ənənəvi bazarı olan Avropa bazarında Rusiya neftinı sıxışdırmağa münbit şərait yaradır. Belə hallar onsuz da kövrək olan qarşılıqlı inam yerinə, dərin inamsızlıq yaradır.
- Bu o deməkdir ki, razılaşma əldə olunsa belə tərəflərin heç biri qarşı tərəfin şərtlərə əməl edəcəyinə inanmır?
- Bəli, məhdudiyyətlərə əməl ediləcəyinə heç bir ölkədə inam yoxdur. Ən əsas səbəb budur. Sözsüz ki, digər səbəblər də yox deyil, ancaq ən əsas məsələ ölkələrin bu məsələdə qarşılıqlı inamının olmamasıdır.
- OPEC+ çərçivəsində neft hasilatının azaldılması üzrə anlaşma hansı qaydada rəsmiləşdirilməlidir? Anlaşmada şərtlərə əməl etməyən tərəflərin məsuliyyəti necə müəyyən olunub?
- OPEC+ çərçivəsində neft hasilatının azaldılması bəyannamə şəklində rəsmiləşdirilməlidir. Bu sənədlər 1969-cu ildə qəbul edilən “Beynəlxalq müqavilələr haqqında Vyana Konvensiyası”nın tələblərinə cavab vermədiyi üçün beynəlxalq müqavilə sayılmır. Bu səbəbdən tərəflər heç bir hüquqi məsuliyyət daşımırlar. Razılaşmaya əməl edilməməsinin sonucu yalnız bazarda ortaya çıxır. Yəni şərtləri pozanlara qarşı bazarda dempinq vasitəsilə qiymət savaşı elan edilə bilər. Başqa heç nə.
- OPEC+ çərçivəsində əldə olunan razılaşma bu qədər kövrəkdirsə, bu o deməkdimi ki, istənilən zaman razılaşma pozula və neft qiyməti bütün psixoloji hədləri aşıb 5-10 USD səviyyəsinə yaxınlaşa bilər?
- Belə olacağını düşünmürəm. Hər kəs dərk edir ki, neftin siyasətdə xüsusi çəkisi olan dönəmlər geridönüşü olmayacaq şəkildə arxada qalıb. OPEC+ çərçivəsində əldə olunan razılaşmanın pozulması hamı üçün son hədd ola bilər. Ona görə, bu, gözlənilmir. Ancaq şərtlərin pozulmasına cəhdlər, özünə haqq qazandırmalar və s. olacaq.
- Aprelin 16-da Ağ Evdə gündəlik mətbuat konfransında ABŞ prezidenti Donald Tramp bildirdi ki, ABŞ pandemiya rejimindən çıxmaq üçün addımlar atmağa başlayır. Ağ Evin COVİD-19-la mübarizə üzrə koordinatoru Debora Briks və ABŞ-ın baş virusoloqu Entoni Fauçinin də açıqlamasından görünür ki, bir sıra ştatlarda məhdudiyyətlərin götürülməsinə ən qısa zamanda başlana bilər. Bu şəxslər siyasətçi deyillər və yüksək səviyyəli mütəxəssis olduqları üçün fikirləri bu məsələdə daha üstün sayılır. Dünya bazarı müsbət informasiyaya təşnədir. Sizcə, onların bu açıqlamaları neft qiymətlərini öncəki səviyyəsinə yüksəldə bilərmi?
- İnandırıcı deyil. Neft ona görə ağır günlər yaşamır ki, koronavirus həyatı sıfırlayıb. Belə deyil. Koronavirus sadəcə neftin siyasiləşmiş, faydalı qazantılar içərisində sokral ierarxiyasını qurmuş məhsuldan tələblə təklif arasında balans yaratmalı olan sıradan bir məhsula çevrilmə prosesini sürətləndirdi. Bir misal çəkim. Enerji sahəsinin nüfuzlu çap məhsullarından olan ABŞ -ın “Electrek” dərgisi yazır ki, 2020-ci ilin I kvartalında Böyük Britaniyanın enerji sektorunda alternativ enerjinin payı 44,6 faiz olub. Həm də ona görə yox ki, pandemiya dönəmində elektrik enerjisinin istehsalı ümumilikdə azalıb və bərpa olunan enerji seqmenti öz həcmini qoruya bilib. Diqqət edin, 2019-cu ilin I kvartalında Britaniya alternativ enerji qaynaqlarından 27,2 teravat-saat, 2020-ci ilin eyni dönəmində isə 35,4 teravat-saat enerji alıb. Bu, dünya üzrə ən böyük göstəricilərdəndir.
Yəni nefti “ilahi qüvvə”yə çevirən onun enerji mənbəyi olması idi, xammal kimi heç bir halda neft öncəki siyasi nüfuzunu geri qaytara bilməz. Bu tendensiyanın qısa zamanda incəsənətdə də görünəcəyi ehtimalı böyükdür. Yəqin ki, koronavirusdan sonrakı dönəmdə neft romantikasından, ondan qaynaqlanan Hollywood blokbasterlərini görməyəcəyik. Daha əfsanəvi Bakı-Tiflis-Ceyhan kəməri Ceyms Bond filminin ssenarisində yer almayacaq...
Bir məsələni də vurğulayım ki, sözügedən filmin eyni adlı soundtreki Garbage-ın ifasında «The World Is Not Enough» kompozisiyası Bond filmlərinin ən möhtəşəm, ən gözəl müsiqilərindən biribir. Düşünürəm ki, Ceyms Bond gələcək filmlərində, artıq neft kəmərlərinin təhlükəsizliyi uğrunda yox, rəqəmsal dünyanın rəmzləri uğrunda mübarizə aparacaq. Məsələn, 26-cı filmdə biz Bondu Bitcoin ətrafında qlobal sui-qəsdlərin ortasında görə bilərik.
- Bərpa olunan enerji qaynaqları böyük investisiyalar tələb edir, post-koronavirus dönəmində isə dünya sözsüz, böyük maliyyə çətinlikləri ilə üzləşəcək. Bütün bunlar bərpa edilən enerji qaynaqları seqmentinin artım tempinin karbohidrogen ehtiyatların xeyrinə zəifləməsinə səbəb ola bilərmi?
- Düşünmürəm. Koronavirusdan sonra dünyada ekologiya, insan sağlamlığı prioritet olacaq. Bu fonda ekologiya, xüsusən qlobal istiləşmə məsələləri daha ön plana çıxacaq. Bu, bərpa edilən enerji seqmentinin yüksəlməsinə də gətirəcək. Məsələnin bir də siyasi tərəfi var və mən düşünürəm ki, COVİD-19-la mübarizə başa çatandan sonra Paris Sazişi çərçivəsindəki enerji məsələlərinin siyasi məzmunu ciddi şəkildə dəyişəcək. Yada salım ki, ABŞ-ın 2015-ci ildə qəbul olunan İqlim dəyişikliyi haqqında Paris Sazişindən ayrılarkən prezident Donald Tramp bunun sənəddə Çinə qarşı sərt iqtisadi məhdudiyyətlər nəzərdə tutulmaması ilə əsaslandırmışdı. Koronovirusdan sonra bir tərəfdən Çin, günahkar sindromu nəticəsində daha çox “sözəbaxan” olacaq, digər tərəfdən də əgər Tramp ikinci dönəm prezident seçilsə ekoloji, sosial siyasət məsələləri ilə bağlı daha ciddi elektoral basqı ilə üzləşəcək.
- Bu proseslər Azərbaycana necə təsir edəcək?
- Koronavirusdan dərhal sonra müsbət tendensiyaların başlamayacağı aydındır. Azərbaycan bütün addımlarını reallığa uyğunlaşdırmalıdır. Ekoloji problemlər ona gətirib ki, 2020-ci il yanvarın 1-dən Beynəlxalq Dənizçilik Təşkilatının (International Maritime Organization -IMO), gəmilər üçün dizel yanacağının tərkibindəki kükürdün 3,5 faizdən 0,5 faizə qədər azaldılması haqqında İMO-2020 adlanan qaydaları qüvvəyə minib. Bu qaydalar Rusiyanın URALS markalı neftinə mənfi təsir göstərdiyi kimi, azkükürdlü AZERİ LİGHT nefti üçün, çox nəhəng olmasa da, müəyyən imkanlar yaradıb. Bundan əlavə beynəlxalq su nəqliyyatında yükdaşımalar yanacaq şəklində dünya neft hasilatının təqribən 5%-ni işlədir, yəni xam neft ekvivalenti olaraq ifadə etdikdə. Bu da gündəlik 4,5 milyon barel neft deməkdir. İMO 2020 tələbləri su nəqliyyatında yanacaq xərclərin 45-55% artması deməkdir ki, o da beynəlxalq yükdaşıma tariflərinə 15-20% bahalaşmaya səbəb olacaq. Belə olduğu halda, ən mühüm hissələrinin və infrastrukturunun Azərbaycanda yerləşdiyi Trans-Asia dəmir yolu (The Trans-Asian Railway) proyektinin bahalanmış beynəlxalq su yükdaşıma xətlərinə alternativ kimi ciddi şəkildə canlanacağını təxmin edirəm. Azərbaycan üçün daha bir fürsət ölkənin gerçəkdən də ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ola bilər. Mənim fikrimcə, Azərbaycanın bu sahədə çox geniş imkanları var. Ancaq bu imkanları həlli dərhal vacib olan standartlaşdırma, texniki reqlamentlərin tətbiqi kimi problemlər məhdudlaşdırır. Koronavirusdan sonrakı dönəmdə orqanik məhsulların istehsalı və istehlakı birinci dərəcəli məsələyə çevriləcək. Bu səbəbdən, düşünürəm ki, Azərbaycan ilk sırada Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Məhsulları Federasiyasının – IFOAM – tövsiyələrini nəzərə alaraq yerli məhsullar üçün standartlar hazırlamalıdır, “Alimentarius Məcəlləsi CAC/GL 32-1999”-un tələblərinə uyğun məhsullar istehsal etməlidir.
Azərbaycan kənd təsərrüfatı məhsullarının əsas bazarı olan Rusiyada QOST 33980—2016 “Orqanik mənşəli məhsullar. İstehsal, emal, markalaşdırma, satış qaydaları” adlı standartı yaradılıb və 2018-ci ildə qüvvəyə minib. Qeyd edirəm ki, Belarus ilk mərhələdə bu standartı tətbiq etmək öhdəliyi götürüb. Azərbaycanda da belə standartların hazırlanması, ya da ölkənin bu standarta qoşulması gerçəkdən də yüksək səviyyədə olan kənd təsərrüfatı məhsullarının yüksək tələb görən orqanik məhsullar bazarına çıxaraq ənənəvi qiymətlərdən daha baha və yüksək rentabelliliklə satılmasına səbəb ola bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2020, 14:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:19-04-2020, 14:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01