Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmənin cəzası azaldılır
Cinayət Məcəlləsinin 315-ci maddəsinə yəni hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddəsinin tələblərinin yüngülləşdirilməsi təklif edilir.
315.1-ci maddənin adının aşağıdakı kimi verilməsi təklif olunur:
“Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə”
Həmçinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etməyə görə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif olunur.
Hazırda qüvvədə olan bənddə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılma mövcuddur.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-04-2020, 21:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-04-2020, 21:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11