Koronavirusa qarşı mübarizə - Ruhdan düşməmək üçün 5 səbəb
Koronavirus pandemiyası bütün dünyada milyonlarla insanın ənənəvi həyat tərzini və planlarını dəyişib. Virusun yayılma dairəsi o qədər genişdir ki, ekspertlər karantin tədbirlərinin bəlkə bir neçə ay sürə biləcəyini ehtimal edirlər.
Belə situasiyada pozitiv şeylər görmək çətindir, amma mümkünsüz də deyil deyil - bu qədər böyük təhlükəylə üzləşən insanlıq humanistlik nümayiş etdirməyə güc tapa bildi.
1. Ağ xalatlıları alqışlamaq
Dünyanın bütün ölkələrində koronavirusla mübarizənin ön cəbhəsində həkimlər, tibb bacıları və digər tibb işçiləridir. Virusa yoluxanların çoxu ilk növbədə onların səyləri nəticəsində yaxşılaşdılar və hətta tam sağaldılar.
Bu fədakar insanlara hansısa formada təşəkkür etmək üçün bir çox ölkələrdə sakinlər eyni vaxtda evlərinin eyvanına və ya həyətlərinə çıxıb onlara əl çalırlar. Ən son nümunə ötən cüməaxşamı Britaniyada baş verib - yerli vaxtla 20.00-da hamı tibb işçilərini alqışlayıb.
Bu trend ilk dəfə Uhanda (Çin) - koronavirusa ilk yoluxma faktının qeydə alındığı şəhərdə yaranıb. Çinin sosial şəbəkələrində paylaşılan videoçarxlarda yerli sakinlərin pəncərədən həkimlər haqqında xoş sözlər qışqırdığı və bir-birini dəstəkləmək üçün mahnı oxuduğu görünür.
Virus başqa şəhərlərə və ölkələrə yayılandan sonra tibb işçilərinə bu şəkildə təşəkkür etmək qlobal trendə çevrildi.
2. Çin karantini zəiflədir
Çin hökuməti hesab edir ki, virusun qarşısını ala bilib - ən azı indilik.
Son günlərdə çox az sayda yoluxma halı qeydə alınıb - əsasən Çinə xaricdən gələnlərdə. Buna görə də hökumət karantin tədbirlərini zəiflətməyə başlayıb.
Epidemiyanın başladığı Hubey vilayətində martın 25-dən etibarən çıxış qadağası aradan qaldırılıb. Uhanda yanvar ayından tətbiq edilən karantini aprelin 8-dən etibarən zəiflətmək planlaşdırılır.
BBC-nin Çindəki müxbiri Stiven Makdoneld bildirir ki, artıq pekinlilər rahat nəfəs ala bilərlər - sözün həm həqiqi, həm də məcazi mənasında.
Əlbəttə, ölkədə epidemiyanın ikinci dalğasının başlamasıyla bağlı narahatlıqlar var, ancaq hökumət hələ ki, pozitivə köklənib və məhdudiyyətləri pillə-pillə azaldır.
3. İtaliya: tunelin sonunda işıq?
İtaliya hökumətinin ötən həftənin ortalarında açıqladığı kimi, deyəsən, ölkə yoluxmaların stabil mərhələsinə qədəm qoyub, çünki xəstələnmə və ölüm hallarında 4 gün ard-arda azlama müşahidə olunub.
Çərşənbə günü 3612 yeni yoluxma faktı qeydə alınıb - əvvəlki 4 günün hər birindən daha az.
Cümə axşamı yoluxanların sayı yenidən artıb, cümə günü isə ümumi mənzərə qarışıq olub: əvvəlki günlə müqayisədə daha az adamın xəstələnləndiyi məlum olub, ancaq pandemiyanın başlanğıcından bəri ən yüksək ölüm səviyyəsi qeydə alınıb.
Buna baxmayaraq həmin dörd gün yeni infeksiyadan ən çox zərər çəkmiş Avropa ölkəsi olan İtaliyada vəziyyətin yaxşılacağıyla bağlı qısa müddətə də olsa, ümid işartıları əmələ gətirib.
ÜST bu tendensiyanı ümidverici adlandırıb, Lombardiyanın - koronavirusun ən çox yayıldığı regionun baş həkimi isə "tunelin sonunda işıq" yarandığını deyib.
4. Alimlər peyvənd axtarışında
İndi dünyada hamı koronavirusa qarşı peyvəndin nə vaxt hazır olacağını gözləyir. Hazırda bir neçə peyvənd növü üzərində iş gedir, ABŞ-ın Sietl şəhərindəki "Kaiser Permanente" elmi araşdırma mərkəzində alimlər dörd könüllüyə yeni virusdan götürülmüş təhlükəsiz genetik kodlu peyvəndin eksperimental dozasını vurublar.
Ekspertlər hesab edirlər ki, bunun və hazırlanmaqda olan digər peyvəndlərin effektini aydınlaşdırmaq üçün bir neçə ay lazım gələcək.
Alimlər yeni koronavirus haqqında getdikcə daha çox şey öyrənirlər. Ötən həftə bu virusun genetik kodunun öyrənilməsi istiqamətindəki araşdırmalarla bağlı ümidverici xəbərlər ortaya çıxıb.
Adətən, viruslar heyvan və insan orqanizmində mutasiyaya uğrayır, ancaq alimlər deyirlər ki, "SARS-CoV-2" koronavirusunda bu proses çox yavaş gedir və ya heç getmir. Müşahidələr təsdiqlənsə, insan orqanizmində bu virusa qarşı uzunmüddətli immunitet yaratmaq üçün cəmi bir peyvənd kifayət edəcək.
"Sabit genli virus - bu, peyvəndin hazırlanması üçün yaxşı xəbərdir" - bilavasitə bu işlə məşğul olan professor Stefano Menso belə deyib.
5. Hamı eyni qayıqda
Koronavirus epidemiyası bir çoxumuzu fiziki baxımdan ayrı salsa da, insanlar arasındakı mənəvi birlik baxımından belə birlik çoxdandır ki, müşahidə olunmurdu.
Dünyanın bütün ölkələrindən qarşılıqlı yardım və altruizm xəbərləri gəlir.
Britaniyada yüzminlərlə adam Milli Səhiyyə Xidmətinə (NHS) yardım edən könüllülər ordusuna qoşulmaq çağırışına hay verib - bu say hökumətin ümid etdiyindən dəfələrlə çoxdur.
NHS-in İngiltərə şöbəsinin direktoru Stiven Pouvis pulsuz tibbi xidmətə yardım çağırışından sonra yaranmış "altruizm dalğasından" heyrətə gəldiyini bildirib.
Bu günlərdə ancaq çatdırılma sahəsində fəaliyyət göstərən kafe və restoran şəbəkələri tibb işçilərinə pulsuz kofe və buterbrod göndərirlər.
"El Pais" qəzetinin xəbərinə görə, İspaniyada bir həkimin müraciətindən sonra minlərlə adam xəstəxanalarda ağır vəziyyətdə olan şəxslərə gözəl sözlərlə dolu məktublar yazaraq onlara tezliklə sağalmağı arzu ediblər.
Hazırda dünyada İtaliya və İspaniyada başlamış daha bir trend yayılır: insanlar evlərinin pəncərələrinə göyqurşağı çəkilmiş şəkillər və plakatlar qoyublar - xoş arzular və optimizm əlaməti olaraq. (BBC)
Paylaş:
Müəllif : Fuad
Tarix:3-04-2020, 13:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-04-2020, 13:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |