Daşınmaz əmlakın, mülki məsuliyyətin icbarı sığortası haqqında nə bilirik?
Mövzu: “Daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə mülki məsuliyyətin icbarı sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək ”
“Işini ehtiyatlı tut ki, qonşunu oğru çıxarmayasan”.
Içimizi ehtiyatlı tutmalı oldugumuz məqamlardan biri də min bir zəhmət hesabına nail olduğumuz əmlakımızın bütün neqativ hadislərdən sığotalanmasıdır. Sığorta ehtiyat tədbiri olmaqla, həm də vətəndaşın bir növ rahatlığını təmin edir. əmlakımızı niyə sığortalamalıyıq sualı illərdir, müzakirə edilən mövzu olsa da, hələ də aktuallığını itirməyib. Səbəbi laqeyidlikdən tutmuş bir çox məsələlərlə əlaqənləndirmək olar. Bunun bariz nümunəsi vətəndaşların bu ilin əvvəlində evlərə gələn bildirşləri görüb verdiyi sərt reyaksiyalardı. bildirşlərdə qeyd olunurdu ki, bu il yanvarın 1-dən ölkə üzrə daşınmaz əmlakın icbari sığortalanmasına başlanılıb. Artıq daşınmaz əmlakın sığortalanması qeyd edilən “İcbari sığortalar haqqında” qanunun tərkib hissəsi olaraq məcburi sayılır. əslində, Daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Qanununun Xüsusi hissəsinin I fəslində nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.
Əmlakını sığorta etdirən dövlətlərin uğurlu nəticələri
Bizim biganə yanaşdığımız əmlakın icbarı sığortalanması məsələsinə dünya dövlətləri heç də dırnaq arası yanaşmır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bu sahədəki qanunlar həm sığorta olunanın, əhalinin maraqlarını müdafiə etməlidir, həm də sığortaçılarının maraqlarını qorumalıdır, onları qeyriproporsional sığorta tariflərinə görə, franşıza olmaması halında, yaxud zərərlərin artıq ödənişləri üçün təkrar sığorta ödəmə halda faydasız iqtisadi vəsiyyətinə salmamalıdır.
Elə isə bir neçə ölkənin təcrübəsinə müraciət edək. Uzağa getməyək. Şimal qonşumuz Rusiyanın sığorta bazarına nəzər yetirək. MDB ölkələrindən ÜDM-in 68%-i və regionda toplanmış sığorta haqlarının təxminən 90%-i Rusiyanın payına düşür. Rusiya sığorta bazarının inkişaf etməsinin başlıca səbəblərindən biri sığorta şirkətlərinin əhalinin maarifləndirilməsi istiqamətində böyük işlər görməsidir. Məsələn, onlar ölkənin telekanallarında sırf sığorta maarifləndirilməsi xarakterli verilişləri maliyyələşdirirlər. Digər tərəfdən, Rusiyada fəaliyyət göstərən bir çox sığorta şirkətləri əhali üçün pulsuz maarifləndirici kurslar təşkil edirlər. Onların İnternet saytlarında təklif etdikləri hər bir sığorta növü üzrə vətəndaşların hüquqlarını müəyyənləşdirən qanun müddəaları, həmçinin müqavilə bağlayarkən məhz hansı məqamlara diqqət yetirilməli olduğuna dair məlumatları da yerləşdiriblər.
Gürcüstan sığorta bazarı da ciddi rəqəmlərlə diqqət cəlb edir. 2010-cu ildə Gürcüstanın sığorta şirkətlərinin sığorta mükafatlarının həcmi 217,1 mln. dollar təşkil edib.
QARDAş ölkə Türkiyənin sığorta bazarı da regionun ən inkişaf etmiş bazarlarından biri hesab olunur. Qlobal maliyyə böhranında belə qonşu ölkənin sığorta bazarında artım dinamikası qeydə alınıb. Türkiyənin sığorta sektorunda inkişaf xüsusiyyətinə görə diqqəti çəkən sığorta növlərindən biri istehsal edilən kənd təsərrüfatı məhsullarının müəyyən risklərdən icbari sığorta etdirilməsidir. Türkiyədə kənd təsərrüfatında sığortanı stimullaşdırmaq, dəyən zərərin əvəzini ən qısa zamanda ödəmək, təbii fəlakət nəticəsində əhaliyə dəyən ziyanın aradan qaldırılmasında dövlət büdcəsi vəsaitinin xərclənməsinə qənaət etmək məqsədilə «Kənd Təsərrüfatı məhsullarının sığortası haqqında qanun» qəbul edilib. Düzdür, Azərbaycanda 2002-ci ildə «Kənd təsərrüfatında sığortanı stimullaşdırmaq haqqında» qanun qəbul edilib. Həmçinin Nazirlər Kabineti tərəfindən 2004-cü ildə «Kənd təsərrüfatında sığortanın stimullaşdırılmasına maliyyə yardımının ayrılması və ödənilməsi qaydaları haqqında Əsasnamə» təsdiq olunub. Amma bu qanuna da münasibət deyil.
Unutmayaq! Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. İcbari sığorta daşınmaz əmlakın konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Daşınmaz əmlakın icbari sığortası qeyd olunan hər hansı daşınmaz əmlakı olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslərə aid edilir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Eyni zamanda, yaşayış binasının qeyri-yaşayış sahələrinin icbari sığorta etdirilməsi tələb olunmur.
Daşınmaz əmlakın sığorta risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, torpaq sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Deməli, İnsan cəmiyyətində bu hadisələrin baş verməsi qaçılmaz olduğu qədər, əmlakın sığortası da vacibdir.
Əslində dünya ölkələrinin sığorta sahəsindəki fəaliyyət prinsipi ölkəmiz üçün uğurlu nəticənin əldə edilməsinə səbəb ola bilər. Böyük Britaniyanın sığorta bazarı uzun illər boyu inkişaf etmiş və hazırda öz böyüklüyünə görə dünyada ilk sıralarda yerləşir. 2009-cu ildə Böyük Britaniyada toplanmış məcmu sığorta haqlarının həcmi 198,6 mlrd. funt-sterlinq, o cümlədən avtomobil sığortası 12,8%, yanğın və bədbəxt hadisələri üzrə 21,8%, aviasiya və nəqliyyat sığortası üzrə 1,0%, həyat sığortası üzrə 64,4% təşkil edib.
Almaniya sığorta şirkətləri beynəlxalq sığorta şirkətləri sırasında öz həcminə və maliyyə balansına görə ön sıralarda durur. 2007-ci ildə alman sığorta şirkətləri tərəfindən birbaşa sığorta üzrə bütün dünyada toplanmış sığorta haqlarının ümumi həcmi 324,8 mlrd. alman markası, o cümlədən bədbəxt hadisələrdən və zərərlərdən sığorta üzrə 45,2%, kredit, aviasiya və nüvə sığortası üzrə – 1,0%, könüllü tibbi sığortası üzrə – 14,2%, həyat sığortası üzrə – 39,5% təşkil edir.
Dünyanın böyük sığorta bazarlarının yerləşdiyi ölkələrdən biri də Fransadır. 2007-ci ildə fransız sığorta bazarı həcminə görə dünyada 5-ci yeri tutub.
Dünyada daşınmaz əmlakın icbari sığortasına ən gözəl nümunə olaraq ABŞ-da 11 sentyabr hadisələri zamanı partladılan əkiz qülllələrə dəyən 58 milyard manatlıq zərəri göstərmək olar. Bu hadisə zamanı dövlət heç bir ödəniş etmədi, çünki qüllələr sığortalanmışdı. Zərəri isə bütünlükdə sığorta şirkətləri ödədilər
Deyilənlərdən belə aydın olur ki, dünya dövlətlərinin uğur qazandığı bu sahədə biz də uğura nail ola bilərik. Bunun üçünsə rusiya təcrübəsindən yararlanmaq olar. Müxtəlif məzmunlu maarifləndirmə tədbirləri həyata keçirilməlidir. ən əsası hər kəs bu faktı özü üçün aksioma kimi qəbul etməlidir. Minimal ödənişlər ödəməklə daşınmaz əmlakın sığortalanmasının icbari hala gətirilməsi ilk növbədə vətəndaşın məsuliyyətini artırır, ən əsası isə baş verə biləcək hadisələrə qarşı qorunmasına, risklərin azaldılmasına gətirib çıxarır.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-03-2020, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-03-2020, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01