Dünya koronavirusdan sonra bu cür olacaq – fikir adamlarının proqnozları
Koronavirus pandemiyası dünya gündəmini əməlli-başlı zəbt edib və belə görünür ki, uzun müddətə. Virus təhlükəsi artıq əksər ölkələri özünə qapadıb. Milli sərhədlər bağlanıb, gediş-gəliş, iqtisadi-ticari əlaqələr minimuma enib. Qlobal iqtisadiyyat, dünya maliyyə sistemi qəfil böhran təhlükəsi ilə üz-üzə gəlib. Müasir təbabət, tibb elmi, hətta insanlar arasında münasibətlər və ənənəvi dəyərlər sistemi belə, ciddi sınağa çəkilib. Torpaq sanki insanların ayağının altından qaçır. Ən əsası, pandemiyanın dünyadakı duruma neqativ təsiri hələ pik nöqtəsinə çatmayıb.
Bəşəriyyətin başı üzərindən aylardır “Domokl qılıncı” kimi asılan Covid19 bəlası yəqin ki, nə vaxtsa çəkilib gedəcək. Bəs ondan sonra dünyanın, bəşəriyyətin halı necə olacaq, qlobal iqtisadi-maliyyə sistemi, nəhayət, dövlətlərarası münasibətlər necə təsəvvür edilir?
ABŞ-ın nüfuzlu “Foreign Policy” nəşri məsələ ilə bağlı müxtəlif ölkələrdən olan fikir adamlarının rəyini öyrənib. Musavat.com aktuallığı nəzərə alaraq, həmin fikir və rəyləri təqdim edir.
DÜNYA DAHA QAPALI, LAKİN ÇİÇƏKLƏNƏN VƏ AZAD
Stiven Uolt – Harvard Universitetinin beynəlxalq əlaqələr üzrə professoru:
Pandemiya dövlət hakimiyyətini möhkəmləndirəcək və millətçiliyi gücləndirəcək. Əksər dövlətlər böhrandan sonra da öz yeni səlahiyyətlərindən imtina etməyəcək. Xarakteri etibarilə konfliktli olan dünya siyasəti dəyişməz qalacaq. Əvvəlki epidemiyalar böyük dövlətlər arasında rəqabətin dayanmasına gətirmədi və qlobal əməkdaşlığın yeni epoxasına nədən olmadı. Covid-19-dan sonra da olmayacaq. Biz hiper-qloballaşmadan geri çəkilmənin davam etməsini şahidi olacağıq, ona görə ki, vətəndaşlar ümid edirlər ki, onları milli hökumətlər müdafiə edəcək. Qısacası, Covid-19-dan sonra dünyanı daha qapalı, lakin çiçəklənən və daha azad olacaq.
QLOBALLAŞMANIN SONU
Robin Hiblert – “Chatem House”nin direktoru:
Koronavirus pandemiyası iqtisadi qloballaşma dəvəsinin belini qıran saman çöpü rolunu oynayacaq. Covid-19 dövlətləri, şirkətləri məcbur edir ki, davamlı özünütəcrid şəraitində mövcudluqlarını saxlamaq potensiallarını gücləndirsinlər. Belə vəziyyətdə dünya çətin ki, qarşılıqlı sərfəli qloballaşma ideyasına qayıtsın. Siyasi liderlərə nəhəng özünüintizam lazım olacaq ki, beynəlxalq əməkdaşlığı saxlasınlar və geosiyasi rəqabət bataqlığına yuvarlanmasınlar. Öz vətəndaşlarına Covid-19 böhranını dəf eləmək bacarığını sübut edən liderlər müəyyən siyasi kapital əldə edəcəklər.
DEMOKRATİYA ÖZ “QABIĞI”NDAN ÇIXACAQ
Con Aykenberri – Prinston Universitetində siyasət və beynəlxalq əlaqələr üzrə professor:
İqtisadi zərər və ictimai kollaps nəzərə alınmaqla, biz yəqin ki, millətçilik yönündə hərəkətliliyin, böyük dövlətlər arasında rəqabətin, strateji aralanmaların və s. şahidi olacağıq. Ancaq 1930-40-cı illərdə olduğu kimi, indi də tədricən qarşılıqlı cərəyan, hansısa sağlam və inadkar beynəlmiləlçilik ortaya çıxa bilər. Necə ki, 2-ci Dünya müharibəsindən öncə və müharibə zamanı Franklin Ruzvelt (ABŞ-ın ovaxtkı prezidenti –red.) və digər dövlət xadimləri bunu formalaşdırmağa və təbliğ eləməyə başlamışdılar. 1930-cu illərdə dünya iqtisadiyyatının çöküşü müasir beynəlxalq birliyin nə dərəcədə qarşılıqlı bağlı və Ruzveltin adlandırdığı zəncirvari reaksiyaya necə həssas olduğunu göstərdi. Reaksiya əvvəlcə milliyyətçilik şəklində ola bilər, ancaq zaman ötdükcə demokratiya praqmatik və yeni tip proteksionist beynəlmiləlçiliyi tapmaq üçün öz qabığından çıxacaq.
DÜNYA DAHA KASIB VƏ QƏZƏBLİ OLACAQ
Şivşankar Menon – Brukinqs İnstitutunun (hind bölümü) əməkdar elmi işçisi, Hindistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri:
Hələlik nəticələr haqda mühakimə yürütmək tezdir. Amma üç şey aydındır: birincisi, koronovirus pandemiyası bizim həm daxili, həm də xarici siyasətimizi dəyişəcək. Hətta liberal cəmiyyətlər dövlət hakimiyyətinə müraciət edəcək. Dövlətlərin pandemiyanı və iqtisadi neqativləri önləməkdə uğurları və ya uğursuzluqları təhlükəsizlik məsələlərinə və cəmiyyət daxilində qütbləşməyə təsir edəcək. Təcrübə göstərir ki, diktatorlar və populistlər epidemiyanın öhdəsindən başqalarından heç də yaxşı gəlmirlər. Pandemiyanın özü isə bizim qarşılıqlı asılılığımızın sübutu oldu. Ancaq bütün dövlətlərdə artıq öz daxilinə baxmaq, müstəqillik axtarışı prosesi, öz taleyini sərbəst şəkildə həll eləmək cəhdləri başlayıb. Gələcəkdə dünya daha kasıb, daha qəzəbli olacaq.
COVİD-19-un TARİXİNİ QALİBLƏR YAZACAQ
Con Allen – Brukinqs Universitetinin direktoru:
Həmişə belə olub, yenə də belə olacaq. Tarixi Covid-19 pandemiyasına qalib gələnlər yazacaq. Hər bir ölkə, indi isə həm də hər bir insan bu xəstəliyin cəmiyyətə təsirinin ağır yükünü öz üzərində daha güclü şəkildə hiss edir. O ölkələr ki, özünün siyasi və iqtisadi üstünlükləri, habelə özünün səhiyyə sistemi hesabına israr göstərəcək və duruş gətirəcək, uğura iddiaçılar da onlar olacaq. Kimlər üçünsə bu, demokratiyanın, çoxtərəfli əlaqələrin və ümummilli səhiyyənin böyük və geridönməz qələbəsi, kimlər üçünsə qətiyyətli avtoritar hakimiyyətin “üstünlükləri”nin nümayişi olacaq. İstənilən halda bu böhran beynəlxalq hakimiyyətin strukturunu bizim təsəvvür edə bilməyəcəyimiz şəkildə təzədən format edəcək. Covid-19 iqtisadi fəallığı aşağı salacaq və dövlətlər arasında gərginliyi artıracaq. Uzaq perspektivdə bu pandemiya qlobal iqtisadiyyatın istehsal potensialını xeyli zəiflədə bilər – xüsusın də əgər şirkətlər və iş yerləri bağlanarsa. İqtisadi gərginliklər xüsusən də inkişaf eləməkdə olan ölkələri və sosial müdafiəsi zəif işçilərə malik iqtisadiyyatları gözləyir. Öz növbəsində beynəlxalq sistem güclü yüklənməyə məruz qalacaq ki, bu da sabitsizlik yaradacaq və çoxsaylı daxili və beynəlxalq konfliktlərə gətirəcək.
BANKROT VƏ UĞURSUZ ÖLKƏLƏRİN SAYI ARTACAQ
Riçard Xaas – ABŞ-dakı Beynəlxalq Əlaqələr Şurasının prezidenti:
Fikrimcə, koronavirusa görə ölkələrin əksəriyyəti ən azı bir neçə il özlərinə qapılacaq, öz sərhədləri daxilində və onlardan xaricdə baş verənlərə diqqət yönəldəcək. Mən tədarük zəncirinin həssaslığı səbəbindən öz ehtiyaclarını ödəməyin selektivliyi yönündə daha aktiv addımların atılacağını gözləyirəm. Miqyaslı immiqrasiyaya (gəlmələrə) qarşı daha sərt müqavimət olacaq. Ölkələrin regional və qlobal problemlərlə, o cümlədən iqlim dəyişiklikləri ilə bağlı problemlərlə məşğul olmaq həvəsi və hazırlığı azalacaq. Nədən ki, onlar öz iqtisadiyyatlarını bərpa etmək, böhranın iqtisadi nəticələrini aradan qaldırmaq üçün daim resurs tapmaq ehtiyacı hiss edəcəklər. Gözləyirəm ki, bir çox ölkələrin böhrandan sonra bərpası çətin olacaq. Bir çoxunda dövlət hakimiyyəti zəifləyəcək, uğursuz dövlətlərin sayı artacaq. Böhran yəqin ki, ABŞ-Çin əlaqələrinin pisləşməsinə və Avropa inteqrasiyasının zəifləməsinə gətirəcək.
BEYNƏLXALQ SİSTEMİ DƏYİŞƏCƏK SEYSMİK TƏKAN
Nikolas Börns – Harvard Universiteti İdarəçilik Məktəbinin direktoru, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə sabiq müavini:
Covid 19 pandemiyası bizim yüzilliyin ən böyük qlobal böhranıdır. Onun dərinliyi və miqyası nəhəngdir. İctimai təbabətin böhranı Yerdə yaşayan 7,8 milyard insanın hər birini hədələyir. Maliyyə-iqtisadi böhran öz nəticələrinə görə 2008-2009-cu illərin böyük geriləməsini kölgədə qoymaq gücündədir. Hər bir böhran ayrı-ayrılıqda beynəlxalq sistemi və bizə məlum olan qüvvələr nisbətini həmişəlik dəyişmək üçün seysmik təkan ola bilər. Əgər ABŞ və Çin kimi dünyanın ən güclü dövlətləri söz savaşından, yəni böhrana görə kim məsuliyyət daşıyır və kim daha effektli idarə edə bilər kimi söz müharibəsindən imtina eləməsə, o zaman onların dünyadakı nüfuzu ciddi şəkildə zədələnə bilər. Əgər Avropa Birliyi özünün 500 milyonluq əhalisinə daha məqsədyönlü kömək göstərə bilməsə, milli hökumətlər gələcəkdə Brüsseldən bir çox səlahiyyətlərini geri alacaq. ABŞ üçün isə olduqca vacibdir ki, federal hökumət böhranı cilovlamaq üçün effektli tədbirlər görsün. Bununla belə, hər bir ölkədə insan ruhunun nə qədər güclü olmasına dair çoxsaylı nümunələr var. Həkimlər, tibb bacıları, siyasi rəhbərlər və sadə vətəndaşlar iradə, faydalılıq və lider keyfiyyətləri nümayiş etdirirlər. Bu da ümid etməyə imkan verir ki, dünya insanları bu fövqəladə təhdidə cavab olaraq birləşəcək və üstünlük əldə edəcəklər.
Musavat.com
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2020, 11:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-03-2020, 11:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11