Bakıda qaynanasını öldürən gəlin - "Çimmirdi, evdən pis iy gəlirdi"
Gəlini tərəfindən öldürülən 70 yaşlı Valentinanın taleyi əvvəldən gətirməyib. Oğlu Aliki təkbaşına böyüdüb. Kasıbçılıq onu elə səviyyəyə çatdırıb ki, ahıl yaşlarında belə zibillikdən tapdığı əşyaları evə daşıyıb. Oğlu və gəlini ilə araları da bu üzdən pozulub.
Qaynana-gəlin münasibətləri getdikcə daha kəskin şəkil alıb. Qreçnevlərin mənzilindən gələn səs-küy və spesifik qoxu qonşuları da bezdirib. Gəlini ilə heç cür dil tapa bilməyən Valentina oğlundan onu boşamasını tələb edib. Elə əcəl də yaşlı qadını gəlininin əli ilə haqlayıb...
Bakı Ağır Cinayətlər Məhkəməsində qaynanasını qətlə yetirməkdə ttiham olunan Bakı şəhər sakini 36 yaşlı Mədinə Qreçnevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə ötən il sentyabrın 18-də paytaxtın Xətai rayonu Telnov küçəsi 3, mənzil 91 ünvanında baş verib.
70 yaşlı Valentina Qreçnevanın oğlu Alik Qreçnev işdən evə qayıdan zaman anasının qan içində olduğunu görüb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları yaşlı qadının baş nahiyyəsində bir neçə xəsarət aşkar ediblər. Keçirilən əməliyyat-istintaq tədbirləri zamanı ailənin gəlini Mədinə Qreçneva şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı M.Qreçneva cinayəti etiraf edib.
M.Qreçneva barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən Mədinə Qreçneva ifadəsində həyat yoldaşı Aliklə bilyard zalında işləyən zaman tanış olduqlarını göstərib. Bilyard zalına müştəri kimi gəlib-gedən Alik özü isə hotellərdə və idman mərkəzlərində təmizləyici işləyib. Tanışlıqdan təxminən səkkiz ay sonra ailə həyatı qurublar. İlk gündən qayınanasının gözü Mədinəni tutmayıb.
Belə ki, oğlunun rus millətindən deyil, başqa millətdən olan qızla ailə qurmasına etiraz edib. Digər tərəfdən isə Mədinənin zob xəstəliyindən əziyyət çəkməsini, bu səbəbdən də sağlam uşaq dünyaya gətirə bilməyəcəyini deyərək oğlundan onu boşamasını tələb edib. “Alikin razılığı ilə məcbur olub hamiləliyimi qaynanamdan gizlətmişdim. Hamiləliyimin yeddinci ayında xəbər tutdu, bir söz demədi. 2017-ci ildə oğlum dünyaya gəldi. Uşağa tək baxa bilmədiyimə görə bir ilə yaxın anamgildə qaldım. Valentinanın yaşı çoxaldıqca natəmizlik edir, küçədən evə zibil gətirir, çimmir, soyuducuda köhnə, iylənmiş yeməklər saxlayırdı. Buna görə də evdən pis iy gəlirdi. Oğlumun sağlamlığına görə tez-tez qaynanamla mübahisəmiz düşürdü. Alik özü də buna görə anası ilə mübahisə edirdi”,-qaynanasını qətlə yetirməkdə ittiham olunan qadın belə deyib.
M.Qreçnevanın ifadəsinə görə, maddi sıxıntı çəksələr də həyat yoldaşı onun işləməsinə razı olmayıb. Ailədaxili mübahisələr sonda ər evini tərk etməyə gətirib çıxarıb. Oğlunu da götürüb anasıgilə üz tutan Mədinəni çox keçməyib ki əri yenidən geri qaytara bilib: “Barışdım, yenidən evə qayıtdım. Alik yaşadığımız otağı təmir etmişdi. Otağın açarı da ayrı idi. Qaynanamla ümumi hamamdan istifadə edirdik. Rastlaşan kimi məni söyürdü. Oğlumun atasının Alik olmadığını deyir, bir sözlə məni gəlin kimi qəbul etmirdi”.
M.Qreçneva deyir ki, bir yandan ailədaxilində baş verənlər, digər yandan isə dözülməz həddə olan natəmizlik onu yenidən anasıgilə qayıtmağa məcbur edib. Amma Aliklə münasibətini kəsməyib. Mütəmadi olaraq əlaqə saxlayıblar. Hətta gündüzlər qayınanası evdə olmayanda Alikin yanına gəlib ona yemək bişirib, qulluq edib. Mədinənin yenidən evə ayaq açdığını biləndə isə Valentina aləmi bir-birinə qatıb, hətta mənzilin kilidini də dəyişdirib. Buna baxmayaraq Alik yenə də açarın birini arvadına verib.
Ötən il sentyabrın 18-də növbəti dəfə ərinin yaşadığı ünvana gələn Mədinə öz açarı ilə qapını açaraq evə daxil olub. Qayınanasını onu görüncə yenə də mübahisə düşüb. Valentina otağındakı kilsəyə aid olan dini əşyaları Mədinəyə göstərərək Allaha inandığını deyib, onun evindən tez biz zamanda çıxıb getməsini tələb edib:
“Mübahisə zamanı bir əlində bıçaq, digər əlində dixlofosla üstümə gəldi. Masanın üstündəki araq şüşəsini götürüb başına vurdum. Qaynar çayniki üstümə tökmək istədikdə yenə də butulka ilə onu vurdum. Başından qan sıçradı, arxası üstə yerə yıxıldı. Üst-başımın qanını yuyub qapıdan çıxdım”.
Zərərçəkmiş Alik Qreçnov ifadəsində göstərib ki, arvadı Mədinə tez-tez küsərək anasigilə gedib. Axırıncı dəfə ötən ilin aprelində Mədinə oğlunu və gətirdiyi cehizləri yığaraq evi tərk edib. Hadisə baş verən gün işdən evə qayıdan Alik anasının qana bələnmiş meyitini dəhlizdə tapıb. Dərhal qonşuları köməyə çağırıb, polisə zəng vurmalarını xahiş edib. Hadisə yerinə gələn polis əməkdaşları Aliki özləri ilə polis bölməsinə aparıblar.
...Gecə saat 02:00 radələrində polis əməkdaşları Aliklə birgə Mədinin anasıgilə gəliblər. Mədinəni özləri ilə polis bölməsinə aparıblar. İlkin dindirmə zamanı M.Qreçneva hadisədən xəbərsiz olduğunu desə də, sonradan hər şeyi olduğu kimi etiuraf edib. O, qayınanasını öldürmək niyyətində olmadığını, özünü müdafiə etmək məqsədilə onu vurduğunu deyib.
Məhkəmə prosesi martın 13-də davam edəcək.(Virtualaz.org)
Paylaş:
Müəllif : Redaktor
Tarix:8-03-2020, 13:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:8-03-2020, 13:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11