İMKANLI AİLƏNİN ÖVLADINI NECƏ "TƏLƏYƏ" SALIBLAR? - Məhkəmədə açıqlandı
Bakıda ailəsinin maddi imkanı yaxşı olan yetkinlik yaşına çatmayan oğlana hədə-qorxu gələrək pul tələb etməkdə ittiham edilən dəstənin məhkəməsi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və adam oğurluğunda ittiham edilən Aydın Cəfərov, Xeyrulla Mahmudov, Elsevər Xanlarov, Elnur Həsənli və Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmə iclasında məlum olub ki, təqsirləndirilən şəxslərdən yalnız Hüseyn Quliyev ev dustaqlığındadır. Digər şəxslər barəsində isə həbs qətimkan tədbiri seçilib.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
Hakim Azər Paşayev
İttihamda yazılır ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayan Nicat Şadıyevə hədə-qorxu gələrək ondan külli miqdarda pul alıblar.
Belə ki, Nicat Hacıyevin imkanlı şəxsin övladı olması, BMW markalı bahalı avtomobil idarə etməsi, dostlarına bahalı hədiyyələr alması dəstə üzvlərinə məlum olub. Dəstənin bəzi üzvləri hətta Nicatla dostluq edirmiş. Məhz dəstənin digər üzvlərinə Nicat barəsindəki məlumatı da ona dost kimi görünən şəxslər verib.
İttiham aktında göstərilir ki, dəstənin İsa, Taleh və "Maqa" ləqəbli Anar adlı üzvləri də olub. Lakin istintaq onları müəyyən edib məsuliyyətə cəlb edə bilməyib. Onlar barəsində ayrıca araşdırma aparılır.
Hadisə ilk olaraq təqsirləndirilənlərdən Hüseyn Quliyevin dəstə üzvlərinə Nicat barəsində məlumatlar verməsi ilə başlayıb. Bundan sonra dəstə üzvləri Nicatı tora salmaq üçün plan qurublar.
Plana əsasən Aydın Cəfərov və dəstənin digər üzvləri yolda Nicatın idarə etdiyi maşının arxa hissəsindən vuraraq onunla söhbətə başlayıblar. Söhbət əsnasında onlar Nicatı hədə-qorxu gələrək öz maşınına mindirərək Suraxanı rayonuna aparıblar.
Nicatın yanında dostu Elvin Məmmədov da olub. Həmin zaman onlar Nicatın üzərində olan 2000 dolları və Elvinin 1200 manatını alıblar.
Lakin bu məbləğin az olması barədə dəstə üzvləri razılığa gəlib və Nicatdan tələb ediblər ki, qardaşı Murada zəng edərək 15 min dollar gətirməsini istəsin.
Dəstə üzvləri Nicatın atasının seyfində pul olması barədə də məlumatlı olublar. Nicat qardaşına zəng edib və 15 min dollar gətirməsini istəyib.
Maraqlıdır ki, bu işdə həbs edilən şəxslərdən Xeyrulla Mahmudov bu hissədə özünü Nicatın qardaşı Murada dost kimi göstərib. Muradla birlikdə 15 min dolları dəstə üzvlərinə gətiriblər. Amma onları buraxmayıblar. Bundan əlavə, onlardan yenə pul istəyiblər. Daha sonra da 5 min dollar tələb ediblər. Həmin məbləği aldıqdan sonra qardaşları sərbəst buraxıblar.
Amma dəstə üzvlərinin Şadıyevlərə qarşı cinayət əməlləri bununla da bitməyib.
Belə ki, həbs edilən şəxslərdən Xeyrulla özünü Nicata dost kimi göstərməkdə davam edib. Növbəti dəfə Xeyrulla Nicatla görüşən zaman dəstə üzvləri oraya gəlib və yenə pul tələb ediblər.
Nicatın diqqətini çəkməmək üçün dəstə üzvləri Xeyrullaya sillə də vurublar. Və 25 min dollar tələb ediblər. Xeyrulla da sonradan Nicatı pulu verməyin zəruri olduğuna inandırıb. Xeyrullanın Nicata dostluq etməsinin əsas səbəbi bu olub ki, onu qorxutsun. Xeyrulla Nicata deyirmiş ki, bu haqda heç yerdə, heç kimə danışmasın. Xeyrulla dəstə üzvlərinin təhlükəli şəxslər olduğunu, polisə və ya ailə üzvlərinə xəbər verəcəyi halda Nicata həyatı üçün təhlükə yarana biləcəyini deyirmiş.
İttihamda yazılır ki, Elnur Həsənli isə özünü taksi sürücüsü kimi göstərib. Amma o da bütün bu plandan xəbərdar olub.
Hadisənin üstünün açılmasına səbəb Nicatın atasının bu məsələlərdən xəbər tutması, daha doğrusu, pulların yoxa çıxması ilə açılıb. Ata Şadıyev oğlunun başına gələnlər barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bunfan sonra dəstənin bir neçə üzvü saxlanılıb.
Hazırda iş üzrə zərərçəkmiş şəxslər Nicat Hacıyev və dostu Elvin Məmmədovdur. Nicat yetkinlik yaşına çatmadığı üçün nümayəndəsi kimi məhkəmə iclasında atası iştirak edir.
Elan olunmuş ittihamla təqsirləndirilən şəxslərdən Elvin Həsənli özünü qətiyyən təqsirli bilməyərək deyib ki, taksi sürücüsü olub və baş verən cinayət hadisəsində iştirak etməyib.
Elsevər Xanlarov və Xeyrulla Mahmudov da özlərini təqsirli bilməyiblər. Onlar söyləyiblər ki, istintaq orqanı onlara qarşı qərəzli olub və ağır ittiham verib.
Təqsirləndirilən şəxs, ev dustaqlığında olan Hüseyn Quliyev özünü elan edilmiş ittihamla təqsirli bilməyib. O deyib ki, zərərçəkmiş şəxslərdən deyildiyi qədər pul almayıblar.
Zərərçəkmiş tərəf təqsirləndirilən şəxslərə qarşı 100 min manata yaxın maddə zərərlə yanaşı mənəvi zərər də tələb edir.
Məhkəmə araşdırması davam etdirilir.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 144-cü (adam oğurluğu) maddələri ilə təqsirli bilinirlər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-03-2020, 17:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-03-2020, 17:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01