Şagirdi intihar edən məktəbin direktoru ilə bağlı İLGİNC FAKTLAR
Bakıda şagirdi intihar edən 162 saylı məktəbin direktoru Sevin Abbasova ilə bağlı yeni faktlar üzə çıxıb.
Belə ki, intihar edən şagirdə "pozğun ailənin uşağı" damğasını vuran qəhrəman direktorla bağlı bundan öncə də şikayətlər olub.
Belə ki, yerli KİV-də 2019-cu ilin fevral aynda Sevin Abbasova ilə məcburi köçkün ailəsi arasında qalmaqal yaşanıb. Belə ki, S. Abbasova həmin məktəbdə oxuyan məcburi köçkün Səbahət Mehdiyevanın övladını 9-ci sinif şagirdini mütəmadi olaraq təhqir edib.
Bu səfər də direktor əxlaq normalarını ortaya gətirərək məktəbli qıza bildirib ki, "bəs sən niyə oğlanla bir yerdə oturursan?".
S. Mehdiyeva məktəb direktorundan şikayət edərək bildirib ki, S. Abbasova onun qızını məktəbdən qovmaq istəyib:
"Qızım əlaçıdır, şərəf lövhəsində də fotosu var. Həmin sinifdəki iyirmi uşağın hamısını direktor gözümçıxdıya salmışdı. Qayınatam 2018-ci ilin mart ayında Təhsil Nazirliyinə zəng vurdu. Bundan sonra direktor bizimlə düşmən oldu.
Bundan əvvəl də beşinci sinifdə oxuyan oğlumun sənədləri üstümə tullamışdı. Demişdi ki, sən məcburi köçkünsən, apar uşağın məcburi köçkün məktəbində oxusun, burada oxumağa haqqı çatmır. Mən də uşaqlarımı aparıb Zəngilan məktəbinə qoydum".
Xatırladaq ki, bir neçə gün əvvəl məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib.
Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.(ButaMedia)
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-04-2019, 10:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-04-2019, 10:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11