Çinin texnologiya nəhəngi İran rejiminə necə kömək edib? – ABŞ-dan sensasiyalı ittihamlar
ABŞ-ın Ədliyyə Departamenti Çinin “Huawei Technologies” şirkətini İrana etirazçıları izləməyə kömək etməkdə suçlayır. Vaşinqton dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısına təzyiqi artırmaqdadır, bu, texnologiya nəhənginə sonuncu ittihamıdır.
Fevralın 13-də açıqlanmış ittihamnamədə “Huawei” həmçinin ABŞ-ın 6 texnologiya şirkətindən ticarət sirlərini oğurlamağı planlaşdırmaqda ittiham olunur. Prokurorlar bildirirlər ki, “Huawei” İrana ötən il Tehranda hökumətə qarşıçıxan etirazçıları nəzarətsə saxlamağa imkan verən nəzarət avadanlığı verib.
““Huawei” izləmə avadanlığı quraşdırmaqla İran hökumətinə kömək edib. Buraya 2019-cu ildə Tehranda antihökumət nümayişləri zamanı etirazçılara nəzarət, onların aşkarlanması və saxlanmasına xidmət edən izləmə avadanlığı daxildir”, – ittihamnamədə deyilir.
Prokurorlar onu da bildirirlər ki, Huawei İranda azı bir vətəndaşı işə cəlb edib və bu, ABŞ qanunvericiliyinin pozulmasıdır. Ötən noyabrda İran hökuməti yanacağın qiymətini qaldıranda 100-dən artıq şəhərdə etirazlar baş qaldırdı, təhlükəsizlik qüvvələri onları zorakılıqda dağıtdı, ölkənin internetə çıxışı qapadıldı.
Şirkət həmçinin razılaşmalar haqda banklara yalan danışmaqla İrana qarşı iqtisadi sanksiyaları pozmaqda ittiham olunur.
İttihamnamədə o da bildirilir ki, şirkət Pxenyana qarşı iqtisadi sanksiyalara baxmayaraq Şimali Koreyada gördüyü biznesi gizlətməyə çalışıb.
Şirkət fevralın 13-də yaydığı bəyanatda iddiaları “əsaslandırılmamış”, yeni ittihamnaməsi isə Ədliyyə Departamentinin “Huawei”-nin nüfuzuna zərbə vurmaq cəhdinin tərkib hissəsi adlandırıb, bunun “rəqabətdən çox, hüquq-mühafizə ilə bağlı olduğunu” deyib.
ABŞ administrasiyası bundan öncə də “Huawei” ilə bağlı təhlükəsizlik əndişələri səsləndirib, Qərb müttəfiqlərini şirkəti simsiz, yüksək sürətli şəbəkələrdən kənarlaşdırmasıüçün təzyiq göstərib.
Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri Robert Olbrayen bu həftə bəyan edib ki, “Huawei” dünyaya satdığı şəbəkə avadanlığı vasitəsilə kommunikasiyalara gizlicə müdaxilə edə bilər. Şirkət isə “heç vaxt telekommunikasiya şəbəkələrinə gizlicə girməyib və bunu etməyə qabiliyyəti də yoxdur”. (azadliq.org)
Paylaş:
Müəllif : Redaktor
Tarix:14-02-2020, 13:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:14-02-2020, 13:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11