Deputat: “Qanunsuz fəaliyyət bəzi insanların həyat tərzinə çevrilib” — VİDEO
Millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin ONA-ya müsahibəsi
- Prezident İlham Əliyevin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanını necə qiymətləndirirsiniz?
– Azərbaycan ictimaiyyəti çoxdan belə bir fərmanın imzalanmasını gözləyirdi. Çünki bir müddət öncə Prezident fərman vermişdi ki, bu barədə təkliflər hazırlansın. Görünür, sonuncu fərman həmin təkliflər əsasında hazırlanıb. Müstəqillikdən sonra indiyə qədər görülən işlər Azərbaycanı inkişafın yeni mərhələsinə keçirməyə imkan verir. Prezident də bu istiqamətdə addımlar atır. Təkcə məhkəmə-hüquq islahatları yox, iqtisadi, sosial və siyasi islahatlar aparılacağı barədə də Prezident anons verib.
Bu fərmanda diqqət daha çox hakimlərin maddi baxımdan asılılığının aradan qaldırılmasına, sosial təminatının gücləndirilməsinə yönəldilib. Azərbaycanda hakimlərin sayının az olması, iş yükünün həddən artıq çoxluğu məsələsini mən də dəfələrlə parlamentdə qaldırmışdım. Bu səbəblərdən işlərə səmərəli baxmağın mümkün olmadığını qeyd etmişdim. Fərmanda hakimlərin sayının artırılması məsələsi də əksini tapıb.
- Sahibkarlıq sahəsində ixtisaslaşmış məhkəmələrin yaradılması nə dərəcədə effektiv olacaq, özünü doğruladacaq?
– İqtisadiyyatın inkişafı üçün vergi və gömrük, o cümlədən iqtisadi mübahisələrlə bağlı məsələlərin həlli üçün ixtisaslaşmış məhkəmələrin yaradılması nəzərdə tutulur. Bu, çox önəmlidir, məsələlərə qısa müddətdə baxılacaq. Bu sahə üzrə ixtisaslaşmış hakimlər daha ədalətli qərarlar çıxaracaq ki, bu proses uzanmasın.
Bundan başqa, fərmanda bir sıra qanunvericilik aktlarına ciddi dəyişikliklər nəzərdə tutulur ki, məhkəmə süründürməçiliyinə son qoyulsun. Bilirik ki, bəzən məhkəmələrdə işlərə baxılması illərlə uzanır. Yəni aşağı məhkəmə, sonra yuxarı məhkəmə instansiyası baxır, Ali Məhkəmə qərarı ləğv edərək Apelyasiya Məhkəməsinə qaytarır, Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinə qaytarır və proses dövr edir. Beləliklə, illərlə sahibkarlar arasında, yaxud sahibkarlarla məmurlar arasında mübahisələr həllini tapmır. Bundan da ölkənin iqtisadiyyatı, həmin müəssisələrdə çalışanlar ziyan görür. Bu baxımdan fərmanı yüksək qiymətləndirirəm.
Bu islahatlarda qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də əksini tapıb. Əlbəttə, mən ümid edirəm ki, bu mərhələdə nəzərdə tutulmasa da, parlament həmin qanunların qəbul olunmasında yaxından iştirak etməlidir.
Hakimlərin tək maddi baxımdan asılılığına son qoyulmamalıdır. Həm də siyasi baxımdan onlar müstəqil olmalıdırlar. Məhkəmə-Hüquq Şurasının yenidən formalaşdırılması məsələsi gündəmə gəlməlidir. Hakimlər ömürlük təyin olunmalıdırlar. Bir dəfə təyin olunmuş hakim yalnız 5 ildə bir dəfə Ədliyyə Nazirliyinin Akademiyasında tədris kurslarına cəlb edilə bilər. Amma onlar üçün sınaq müddətinin təyin olunması, sonra onların fəaliyyətinin qiymətləndirilməsi və yenidən təyin olunması kimi məsələlər aradan qalxmalıdır. Hakim bir dəfə təyin olunmalı və ömürlük hakim olmalıdır. Bundan sonra yalnız onun vəzifəsi dəyişə bilər, amma o, hakim kimi fəaliyyətini davam etdirməlidir.
Bu məsələlər həllini tapsa, hakimlərin yalnız cinayət törətdikdə məsuliyyətə cəlb olunması, vəzifəsindən kənarlaşdırılması Konstitusiyaya uyğun olaraq “Məhkəmələr və hakimlər haqqında” qanunda əksini tapsa, müsbət nəticələr əldə edilər. İndi isə intizam məsuliyyətinə görə hakimlər vəzifədən kənarlaşdırılır. Hakimlərin vəzifədən kənarlaşdırılıması Mənzil İstismar Sahələrinin rəislərinin işdən kənarlaşdırılmasından daha asan olub. Məhkəmə-Hüquq Şurasının sədri də bildirdi ki, Məhkəmə-Hüquq Şurası yaranandan 120 hakim işdən çıxarılıb. Amma biz indiyə qədər sonuncu dəfə eşitmişik ki, bir hakim rüşvət alarkən məsuliyyətə cəlb olunub. Lakin o 120 hakimin heç biri ədalətsiz hökm, qətnamə və ya qərar qəbul etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Ədalət mühakiməsi əleyhinə törədən əməllərə görə cəzalar sərtləşdirilməlidir. Hazırda həmin cəzalar həddindən artıq yüngüldür. Hakimlər əsassız həbs qətimkan qərarı seçirsə, insanların əsassız cinayət məsuliyyətinə cəlb olunmasına imkan verirsə, yaxud onlara əsassız azadlıqdan məhrumetmə cəzası və digər cəzalar verirsə, onlar barəsində çox ağır hökmlər çıxarılmalıdır. Onlar ən azı 8 il və daha çox müddətə azadlıqdan məhrum edilməlidirlər. Biz belə bir sistemi qura bilsək, ölkədə güclü məhkəmə hakimiyyəti yaradacağıq.
Hesab edirəm ki, bu fərmanla iş yekunlaşmır. Yəqin ki, bunun ardınca sadaladığım digər məsələlər də müvafiq qanunvericiliklərə əlavə və dəyişikliklərin edilməsi ilə həllini tapacaq. O cümlədən Milli Məclisin müvafiq komitələri və Milli Məclis bu prosesdə yaxından iştirak edəcək.
- Fərmanda kargüzarlıq və kargüzarlıq xərclərinin köçürülməsi ilə bağlı nəzərdə tutulan yenilikləri necə qiymətləndirirsiniz?
– Doğrudan da, bir çox halda ayrılan vəsait yetərli olmadığı üçün hakimlər bu məqsədlər üçün öz ciblərindən pul xərcləyirdilər. İndi elektron məhkəmələrə keçilməsi, yəni məhkəmə hökmlərinin, qətnamələrinin dərhal müvafiq internet resurslarında yerləşdirilməsi, kargüzarlıq üçün pulun birbaşa hakimlərin özünün şəxsi hesablarına köçürülməsi çox mütərəqqi haldır.
Fərmanda vəkillərlə bağlı məsələlər də əksini tapıb. Vəkillərlə hakimlər arasında münasibətlər yalnız prosessual əlaqələr ola bilər, bundan kənar əlaqələrin yolverilməzliyi fərmanda qeyd olunub. Bununla bağlı da müvafiq qanunlara dəyişiklik ediləcək. Amma hesab edirəm ki, fundamental dəyişikliklər hakimlərin statusu, onların vəzifədən kənarlaşdırılmasının çətinləşdirilməsi ilə bağlı olmalıdır ki, hakimləri çox asanlıqla icra hakimiyyəti kənarlaşdıra bilməsin. Hakimlərin indi seçilməsi, vəzifəyə təyin olunması çətin prosedurdan keçir, xeyli vaxt alır. Hakimlərin vəzifədən kənarlaşdırılması da xeyli dərəcədə çətinləşməlidir. O halda hakimlər özlərini müstəqil hesab edəcəklər. Konstitusiyaya görə, məhkəmə hakimiyyətinin təminatçısı Azərbaycan Prezidentidir. Düşünürəm ki, belə olarsa, Prezidentin özünün təminat verdiyi güclü məhkəmə hakimiyyəti ölkəmizdəki bir çox problemi həll edəcək, sosial ədaləti yaxşı qoruyacaq, ölkəyə investisiya qoyulmasını təmin edəcək, Azərbaycandan investisiya axınının qarşısını alacaq. Müstəqil məhkəmələr vətəndaşların mülkiyyət hüquqlarının, mülkiyyətinin təminatçısı olacaq. O halda da Azərbaycan vətəndaşları investisiyanı xaricə çıxarmayacaq, ölkə iqtisadiyyatına qoyacaqlar. Qorxmayacaqlar ki, onların əmlakları ayrı-ayrı şəxslər tərəfindən mənimsəniləcək, əllərindən alınacaq, onlar da məhkəmə qaydasında hüquqlarını qoruya bilməyəcəklər.
- İslahatları həyata keçirmək nə dərəcədə asan, nə dərəcədə çətin olacaq?
– Düşünürəm ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan vermiş olacaq. Sözsüz ki, Prezidentin iradəsi başqadır. Amma bu fərmanı kimlər icra edəcək, necə icra olunacaq, bundan çox şey asılıdır. Qanunsuz fəaliyyət bəzi insanların həyat tərzinə çevrilib. Həmin insanlar bu sistemin yenidən qurulmasında həvəslə iştirak edəcək, nə dərəcədə səmimi olacaqlar? Doğurdanmı məhkəmə-hüquq sistemində neqativ hallara göz yummuş, yaxud yaranmasına səbəb olmuş insanların özü bu vəziyyəti dəyişəcəklərmi? Bütün bunlar gələcəkdə məmurların, bu vəzifənin həvalə olunduğu şəxslərin bu işin öhdəsindən gəlməsindən asılı olacaq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-04-2019, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-04-2019, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |