İSGƏNDƏR XƏLİLOVUN ŞİRKƏTİ BATIR? - “Atəşgah Sığorta” iki ildir ziyandan çıxa bilmir
Azərbaycanın sığorta bazarında yığımların həcminə görə ilk beşliyə daxil olan “Atəşgah Sığorta Şirkəti” ardıcıl olaraq iki ildir ki, hesabat dövrünü ziyanla başa vurduğunu elan edir. Şirkətin hesabatlarından belə məlum olur ki, “Atəşgah Sığorta Şirkəti” ASC 2018-ci ili 770 min 375 manat zərərlə başa vurub. Sözügedən şirkət 2017-ci ili isə 1 milyon 27 min manat ziyanla yekunlaşdırmışdı.
Azərbaycanda kifayət qədər reklam olunan bu şirkətin səhmlərinin 63 faizi biznesinin əsas hissəsi Rusiyada olan milyarder İsgəndər Xəlilova aid “İSR Holdinq”ə məxsusdur. Bununla yanaşı, onu da qeyd edək ki, mətbuatda bu şirkət barədə sıx-sıx müxtəlif səpkili şikayətlərə də rast gəlinir. Azərbaycanın sığorta bazarının ümumilikdə idealdan çox-çox uzaq olduğunu nəzərə alsaq, bu şirkətdən də hansısa qeyri-adi üstün keyfiyyətlər gözləmək doğru olmazdı. Lakin bütün bunlara rəğmən, sözügedən şirkətin həm də ziyanla işləməsi bir qədər müəmmalı görünür.
Məsələ ondadır ki, “Atəşgah Sığorta Şirkəti”nin təkcə mənfəət deyil, digər bir sıra maliyyə göstəriciləri üzrə də gerilədiyi müşahidə olunur. Və ilk baxışdan belə təəssürat yaranır ki, şirkətin maliyyə vəziyyəti ürəkaçan deyil. Belə ki, ardıcıl iki ildir ziyanla işləyən şirkətin balans kapitalı və aktivləri də azalıb. Xüsusilə balans kapitalının 8 faiz azalaraq, 11.951 milyon manata enməsi əlbəttə ki, müsbət hal sayıla bilməz. Şirkətin aktivlərindəki geriləmə isə 2 faizdir və aktivlər cəmi 42.117 milyon təşkil edir.
Ötən il “Atəşgah Sığorta”nın cəmi gəlirləri 40 milyon 964 min manat, cəmi xərcləri isə 41 milyon 734 min manat təşkil edib. Bu da nəticə etibarilə 770 min 375 manatlıq ziyan deməkdir.
Qeyd edək ki, bu ziyan şirkətin gəlirlərinin artması fonunda baş verib. Belə ki, şirkətin gəlirləri 2017-ci ildə 39 milyon 572 min manat olduğu halda, ötən il 40 milyon 964 min manata çatıb, yəni 1.5 milyon manata yaxın artıb. Lakin bunun müqabilində xərclər də 1.2 milyonat civarında çoxalıb ki, nəticədə şirkət zərərdən çıxa bilməyib.
Belə görünür ki, ötən il “Atəşgah Sığorta Şirkəti”nin müştəri sayını və yığımın həcmini artırmaq sarıdan problemləri olub. Çünki illik müqayisədə şirkətin topladığı sığorta haqları 38 milyon 956 min manatdan 36 milyon 832 min manatadək geriləyib, sığorta ödənişləri isə 17 milyon 399 min manatdan 20 milyon 82 min manata yüksəlib.
Onu da qeyd edək ki, “Atəşgah Sığorta Şirkəti” də daxil olmaqla, əksər sığorta şirkətləri zərərlərini icbari avtomobil sığortası haqları ilə əlaqələndirsələr də, bu daha çox bəhanəyə bənzəyir. Belə ki, sığortaçılar icbari sığorta haqlarının az olduğunu və bu rüsumun artırılmasını təklif edirlər. Lakin maraqlıdır ki, bununla bərabər məhz avtomobillərin icbari sığortası siqmentində şirkətlər arasında ciddi rəqabət müşahidə olunur və onlar daha çox avtomobil sahibini müştəri kimi cəlb etməyə çalışırlar. Əgər doğrudan da icbari sığorta haqları aşağıdırsa və sığorta şirkətlərini qane etmirsə, nədən bu istiqamət üzrə daha çox müştəri cəlb olunması üçün müxtəlif reklam kampaniyaları aparılır?
Bir çox mütəxəssislər əksinə, məhz avtomobil sığortasının şirkətlər üçün daha sərfəli olduğu və bu sahədə hətta müxtəlif maxinasiyalara yol verildiyini iddia edirlər ki, bunun da nəticəsi olaraq, bir sıra şirkətlər ilin sonunda ziyanla işlədiklərini bəyan edirlər. Bu isə nəticə etibarilə dövlət büdcəsini kifayət qədər ciddi sayılacaq vergi yığımlarından məhrum etmək deməkdir.
“Atəşgah Sığorta Şirkəti”lə bağlı daha bir məqamı qeyd edək ki, şirkətin digər iri səhmdarı olan “Ran-Eksim” şirkəti 27 faizlik səhm paketinə malikdir. Lakin maraqlıdır ki, bu şirkətin kimə məxsus olduğu barədə hər hansı rəsmi məlumata rast gəlmək olmur və sadəcə, Türkiyə şirkəti olduğu məlumdur./azpolitika.info/
Paylaş:
Müəllif : Redaktor
Tarix:5-04-2019, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:5-04-2019, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11