Uşaqlarda eşitmə problemləri artır - Həkim səbəbləri açıqladı
Eşitmə zəifliyi həm böyüklər, həm də azyaşlılar arasında çox yayılmış problemlərdən birinə çevrilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, dünyada 466 milyon insan eşitmə ilə bağlı ciddi problemlərdən əziyyət çəkir ki, onlardan da 34 milyonu uşaqlardır. 2050-ci ildə isə hər on nəfərdən birinin bu problemlə üzləşəcəyi proqnozlaşdırılır. Bəs uşaqlarda eşitmə zəifliyinin artmasına gətirib çıxaran səbəblər hansılardır?
Mövzu ilə bağlı Modern.az-a danışan həkim-audioloq Səadət Şıxəliyeva son zamanlar eşitmə problemləri ilə bağlı müraciətlərin sayının artdığını deyir:
“Valideynlərin bu mövzuda daha məlumatsız olması, bir də hazırda uşaqların planşet, televizor, “Aypəd” kimi qurğulardan istifadə etməsi eşitmə zəifliyi olan uşaqların artmasının əsas səbəbləridir. Hətta bu nitqdə ləngiməyə də gətirib çıxarır. Anadangəlmə eşitmə zəfliyinin səbəbləri isə çoxdur. Genetik faktordan tutmuş, ana bətnində keçirilmiş xəstəliklər buna səbəb ola bilər”.
Həkim hansı halda eşitmə aparatından istifadə edilməli olduğuna da aydınlıq gətirib:
“Anadangəlmə, ya da hansısa xəstəlikdən sonra qazanılmış eşitmə zəifliyi var ki, onlar qalıcıdır. Dərəcəsindən asılı olmayaraq, qalıcı eşitmə zəifliyi varsa, yəni xəstə daxili qulaq və ya eşitmə siniri zədələndiyinə görə zəif eşidirsə, onlara ancaq eşitmə aparatı kömək edə bilər”.
Səadət Şıxəliyeva deyir ki, eşitmə aparatının uşaqlarda kompleksə çevrilməməsində əsas rol valideynlərin üzərinə düşür:
“Hər şey valideynlərin yanaşmasından başlayır. Yəni, ətraf uşaqları normal, adi bir insan kimi qəbul edirsə, uşaq da gələcəkdə özünü o cür qəbul edəcək. Amma eşitmə zəifliyinə bir ayıb, utanılacaq bir vəziyyət kimi baxanda və onu gizlətməyə çalışanda, təbii ki, uşaqlarda da kompleks yaranır və cəmiyyətdə özlərini yad hiss etməyə başlayırlar. Bu vəziyyətin normal olduğunu qəbul edib, lazımdırsa, müalicə, lazımdırsa, eşitmə cihazları ilə korreksiya etmək lazımdır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:21-01-2020, 15:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:21-01-2020, 15:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti