“Zabratda torpaqları qanunsuz zəbt etmək istəyirlər” - Qəsəbə nümayəndəsindən iddialara cavab
Zabratda Murad Mirzəyev küçəsində yaşayan Hüseynov Əmir Yusif oğlu və onların yaxın qohumları Sabunçu Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbə nümayəndəliyi tərəfindən təzyiqlərə məruz qaldıqları ilə bağlı sosial şəbəkələrdə məlumat yayıblar.
Onlar bir neçə gün öncə çoxlu sayda polis əməkdaşının iştirakı ilə evlərinin söküldüklərini və fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər.
İddia ediblər ki, onların evi yaşayış olduğu halda başlarına uçurdulub və əşyaları dağıntılar altında qalıb.
Məsələ ilə bağlı icra hakimiyyətinin Zabrat qəsəbə nümayəndəsi İlqar Süleymanov “Qafqazinfo”ya açıqlama verib:
O, bütün iddiaları təkzib edərək ailəni dələduzluqda ittiham edib:
“Bu adamlar 10-a yaxın ailədir və Kürdəmirin Sovla kəndindən gələrək orada qeyri-qanuni evlər inşa ediblər. Həmin evin tikintisindən öncə Əliyev Şamil adında biri özünü hansısa mühafizə xidmətinin əməkdaşı kimi təqdim edərək bu ünvanda fərdi yaşayış evi tikmək istədiyini bildirdi. Biz də ona izah etdik ki, bunun üçün Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş çıxarış olmalıdır. Müvafiq sənədlərinə olmadığına baxmayaraq orada qeyri-qanuni tikinti apardılar və bir gecənin içində evin üstünü vurdular”.
İ.Süleymanovun sözlərinə görə, bundan sonra tikilinin sökülməsi üçün göstəriş verilib və bu qərar icra edilib:
“Söküntü aparıldıqdan sonra isə Hüseynov Əmir adında biri ortaya çıxdı və evin ona məxsus olduğunu bildirdi. Araşdırmamızdan sonra məlum oldu ki, Əliyev Şamil Hüseynov Əmirə havadarlıq edib və evin tikintisi üçün bunların işini düzüb-qoşacağını bildirib.
Həmçinin, məlum oldu ki, onlar bu işi torpaqları zəbt edərək həyata keçirirlər. Qohumlar həmin ərazidə torpaq zəbt etmək, ağac kəsmək və digər qanunsuz əməllərlə məşğuldur. Sökülən tikilinin nə pəncərəsi, nə də döşəməsi olub. Ümumiyyətlə orada yaşayış olmayıb. Dedikləri hər şey yalandır”.
Qəsəbə nümayəndəsi sözlərinə əlavə edib ki, dəfələrlə həmin ailə üzvləri tərəfindən ona və müavininə hücum edilib:
“Onlar şəxsən məni hədələdi ki, tikili söküləcəyi təqdirdə ailəmə pislik edəcəklər. Mənə edilən hücumlardan birində burnumdan qan açıldı. Onların qanunsuz əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib, hazırda istintaq aparılır”. \\Qafqazinfo
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-04-2019, 23:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-04-2019, 23:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01