“Çoxlu sayda tanınmış insanın və övladlarının narkomaniya problemi var” — Deputat
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafanın ONA-ya müsahibəsi təqdim edirik:
- Fazil bəy, gündəmdə olan “Kazbek” mahnısı ilə bağlı Daxili işlər Nazirliyinə və Baş Prokurorluğa müraciət ünvanlamısız. Yeri gəlmişkən, artıq mahnını ifa edən Vüqar Səda adlı şəxs narkotik istifadə etdiyinə görə həbs olunub. Bu mahnıda sizi narahat edən məqam nədir?
– Narkotik vasitələrin necə istifadə olunmasına təşviqdən söhbət gedir. O adam bunu ictimailəşdirməklə narkomaniyanın faydasını göstərmək istəyib. Nəşəni necə doldurmaq, necə çəkmək, filan… Və bu klipə də azyaşlı uşaqların cəlb olunmasından söhbət gedir. Bu, ola bilsin ki, narkomafiya tərəfindən narkotik maddələri təşviq eləmək üçün hazırlanmış klipdir və buna cəlb olunan insanlara ödəniş edilib. Dərindən araşdırılmalıdır.
- Bununla bağlı əlinizdə hər hansısa fakt varmı?
– Faktı mən niyə verməliyəm? Klip özü elə faktdır. Mən öz şübhələrimi hüquq-mühafizə orqanlarına bildirirəm ki, araşdırsınlar. Onlar araşdıranda ifadə alırlar. İfadələrdə soruşacaqlar ki, sizi kim dəvət elədi bu narkotik klipdə çəkilməyə? Və ya o uşağı kim cəlb edib klipdə iştirak etməyə? Siz bununla hansı niyyəti güdmüsünüz? Bəlkə elə adam deyəcək ki, “bəli, mən narkomanam. Narkomaniyanın təbliği ilə məşğulam”? Bu da cəmiyyətimizin ümumi bəlalarından biridir. Buna qarşı bizim Narkotiklərlə mübarizə idarəmiz, Narkotiklərlə mübarizə komissiyamız var. Bu sahəyə pul ayrılır. Pul ayrılırsa, təkcə cibində narkotik gəzdirən və yaxud satan adamı tutmaqdan söhbət getmir. Həm də təşviq edənlərdən söhbət gedir. Bu klip birbaşa narkomaniyanın təbliği və təşviqindən ibarətdir.
Oynamaq istəyirsən, oyna. Mizah, əyləncə yaratmaq istəyirsən, yarat. Amma sən narkomaniyanı, pornoqrafiyanı, terroru təbliğ edirsənsə, bu qanunla qadağandır. Bu cür kliplər qeyri-hüquqi davranışlara, cəmiyyətə çağırışdır. Mən narkomaniyaya çox ciddi bəla kimi baxıram. Hesab edirəm ki, buna qarşı sərt mövqe göstərməsək, sabah bu, bir ənənəyə çevriləcək. Meyxana janrına da qarışmaq lazımdır. Əslində meyxana janrı ilə heç kəsin işi yoxdur. Amma sən meyxanada narkotik vasitələri təbliğ edirsənsə, bunu hara buraxırsan efirə? Niyə ictimailəşdirməlisən?
- Düşünürsüz ki, gənclər bu trendə şüurlu surətdə, mənfəət xətrinə qoşulublar?
– Bunu təşkil edən, klipi yaymağa maraqlı olan narkotik şəbəkə var. Və bu vasitə ilə narkomaniyanı adiləşdirirlər. Hətta bəzi qızlar yanında uşaq ola-ola jestlərlə narkotikdən necə istifadə etməyi göstərirlər.
- Hətta məclislərdə də bu tip mahnıları səsləndirirlər…
– Məclislər heç. Məclislərdə nə mahnısı olsa, erməni mahnısı da olsa, bir də gördün düşdülər ortalığa oynadılar. Yaddan çıxır ki, bu nə mahnısıdır, 5-6 saat oynayacaqlar. Estetik zövqdən söhbət gedə bilməz. Siz görmədiniz müğənninin maşınının qabağını kəsmişdilər? (Müğənni Damlanı nəzərdə tutur – red.) Elə bil o, Maykl Ceksondur. Ora yığışanlar ancaq təhsilsiz cəmiyyətin üzvləri ola bilər. Yalnız savadsız adamlar orada bilər. Savadlı adam Şövkət Ələkbərovanın, Rəşid Behbudovun, Vaqif Mustafazadənin fanatı olar da. Savadsız adam ya bayağı müğənninin, yaxud da bir əyləncə formatlı müğənninin fanatı olacaq. Dərin düşüncəli adam kimin fanatı olar? Alim Qasımovun fanatı olar da.
- Səbəbi nədə axtarmalıyıq?
– Səbəbi təhsildə. Təhsil səviyyəsi xeyli aşağı düşüb. Orta məktəb vərdişi yox, ali məktəb vərdişi yox. Azərbaycan cəmiyyətində diplom var, savad yoxdur. Hər kəs 2-3 diplomunu alıb. Amma dərindən mütaliə, bədii zövq yoxdur. Bədii zövqü olan adam bu bayağı musiqilərin ardınca gedə bilərmi? Bədii zövqü olan adam ancaq klassikanı dinləyər. Bethovendən zövq alar, Şubertdən zövq alar. Yaxud da oxuduğu ədəbiyyat fərqli bir ədəbiyyat olar. Kriminal ədəbiyyat olmaz, oğru dünyasını oxumaz. İndi ən çox satılan hansı ədəbiyyatdır? Oğru həyatı. Heç kəs türmədə yatmaq istəmir, lakin oğru həyatı onun üçün cəlbedicidir. Amma Lütfi Zadənin həyatı kimin nə vecinədir? Kimin nə vecinədir Xudu Məmmədovun həyatı? Bunu az sayda, marginal bir çevrədə insanlar dəyərləndirir. Azad Mirzəcanzadə kimdir, kimin nə vecinədir? Onun kitablarını alan kimdir? Onun bir “İxtisasa giriş”i elə insanın formalaşması kitabıdır.
- Siz meyxana oxuyanı günahlandırırsız, təhsilin səviyyəsini, yoxsa bayaq eyham vurduğunuz narkotik tacirlərini?
– Hamısını. Təşviq edənləri də, klipi çəkənləri də. Bu qadınları ora cəlb edənləri də. Bu qadınların özünü ittiham edirəm ki, siz nəyi təbliğ eləmisiniz? Başa düşdüm, dəfilədir, modanı təbliğ edin. Gedin geyiminizi geyinin. İstəyirsiniz çılpaq olun, istəyirsiniz əyninizə 10 qat paltar geyinin. Siz mənim həyatıma, çevrəmə, məktəbimə, bağçama daxil olursuz və bu işləri adiləşdirirsiniz. Uşaqlar bu mahnı ilə özləri də sezmədən narkotiki adiləşdirirlər. Qanunda belə bir müddəa var: “Qanundan xəbərsiz olmaq səni məsuliyyətdən azad etmir”.
- Məlum “çılpaq qızlar” videosu ilə də bağlı fikirlərinizi bilmək istəyirəm. Orada çəkən də, çəkilənlər də məmnun görünür. Axşam saat 11-dən sonra bəzi yerlərdə “sağlamlıq mərkəzi”, “masaj salonu” adı altında pritonlar fəaliyyət göstərir. Düşünmürsüz ki, bu, daha ciddi məsələdir, nəinki videoda çılpaq rəqs edən qızlar?
– Sizinlə tam razıyam. Bu məsələ elədir ki, ictimailəşməyənə qədər cəmiyyətdə hər yanda var. Başqa ölkələrdə də bu problem var. Amma bu, insanların özünün seçimidir. Marginal çevrədə olursa, bu, sənin öz hüququndur. Əxlaqsız olacaqsan, mən səninlə oturub durmayacağam. Yaxud da səninlə münasibət saxlamayacağam. Bu, sənin çevrəndə olan bir həyat tərzidir. Niyə 3 çılpaq qız məsələsinə bu qədər çox reaksiya verildi? Belə şeylər ictimailəşməsə, kimsə bir söz demir. Söhbət bunu ictimaiyyətə təqdim etməklə bunu adiləşdirməkdən gedir. Sən nə işlə məşğulsan, bunun mənə nə dəxli? Amma bunu mənim gündəmimə gətirəndə mənim buna qarşı müqavimətim olmalıdır.
- Yəni düşünürsünüz ki, bu adamlar ittiham olunmalıdır?
– Əlbəttə. Təhqiqat aparılır. Müəyyən olunur ki , qızların iradəsinə zidd olaraq paylaşılıb. Deməli, bu video ya şantaj, ya da hər hansı bir vasitə kimi paylaşılıb. Məsuliyyətsizlikdən belə paylaşmısansa, deməli, başqasının hətta olmasa belə, şərəf və ləyaqətini ortaya qoymusan, ona mənəvi problem yaratmısan və sən bilirsən ki, bu, cəmiyyətə yayılacaq. Ona görə ittiham olunmalıdır ki, cəmiyyətdə belə şeylərə qarşı qorxu sindromu yaransın. Hətta ictimai qınağı nəzərə almasalar belə, qanundan çəkinsinlər. Narkomaniya da belədir. Onsuz da xəlvətdə çəkən çəkir. Müğənnilərin də arasında var, meyxanaçıların da. Hətta mən deyim ki, məmurların da arasında var. Çoxlu sayda tanınmış insanların və övladlarının narkomaniya problemi var.
- Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etməklə narkotiki təbliğ edən meyxanaları hüquq qarşısında cavab vermək təşəbbüsünü ilk siz irəli sürdünüz. Bəs bu bayaq dediyim “sağlamlıq mərkəzi” adı altında fəaliyyət göstərən obyektlər barədə nə düşünürsüz? Onlar haqqında da hüquqi müstəvidə tədbir görülməsi barədə müraciət edəcəksiniz?
– Bunu hüquqi müstəviyə gətirmək lazımdır və bunu da edirik. Amma söhbət ondan gedir ki, bu kimi məsələlərin böyük hissəsi himayəçilik altındadır. Bunu açıq söyləməkdən çəkinmirəm. Mübarizə aparmalı olan qurumların çoxu bunu himayə edirlər. Əgər buna qarşı sağlam bir mübarizə olsa, problem olmaz. Sağlam mübarizə tendensiyası olmadığına görə bu cür obyektlər göbələk kimi baş alıb gedir. Bizim gücümüz də bunu ictimailəşdirməyə çatır. Özünüz pozulmusunuz, barı başqa insanların həyatını pozmayın. Biz, heç olmasa, buna çalışmalıyıq. Çünki bunun qarşısını almaqda mən də acizəm. Buna səlahiyyətim çatmaz. Məsələn, Avropada və digər ölkələrdə pritonları rəsmiləşdirmə fahişəliyin səviyyəsini aşağı saldı, həm də xəstəliyin qarşısını aldı. Amma bizdə cəmiyyət buna hazır deyil, deyilir ki, fahişəliyi rəsmiləşdirmək mentalitetimizə ziddir. Amma belə fəaliyyət göstərəndə onsuz da cəmiyyət pozulur. Hamı bilir ki, harada nə baş verir.
- Necə düşünürsünüz, narkotik də leqallaşdırılmalıdırmı?
– Mən əvvəl bunun müzakirə olunmasının tərəfdarıyam. Hələ bunun effektli olub-olmayacağını deyə bilmərəm. Mən, sadəcə, fikirləşirəm ki, bunu necə tənzimləsək, cəmiyyətə faydalı olar. Bunun konkret ünvanda olması faydalıdır ya ünvansız açıq şəkildə istifadəsi faydalıdır? Fahişəliyin ünvanı konkret göstərilsə, faydalıdır və ya hər yerdə olması faydalıdır? Cəmiyyət, cəmiyyətin düşünən insanları buna qərar verməlidir. Elə olsun ki, bu mexanizm Azərbaycan cəmiyyətində insanların məişətinə zərər vurmasın. Bu məsələlərin leqallaşdırıldığı dövlətlərin təcrübəsini araşdırmaq lazımdır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:3-04-2019, 20:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:3-04-2019, 20:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01