“Səudiyyə Ərəbistanı Kaşıkçının övladlarını susdurmağa çalışır” - “Vaşinqton Post”
ABŞ-da dərc edilən “Vaşinqton Post” qəzeti Səudiyyə Ərəbistanı iqtidarının İstanbuldakı konsulluqda qətlə yetirilən jurnalist Camal Kaşıkçının övladlarını susdurmaq üçün milyonlarla dollarlıq evlər verdiyi və hər ay on minlərlə dollar ödədiyini iddia edib. Qəzet Səudiyyədəki mənbələrinə istinad elədiyi xəbərində, Kaşıkçının ikisi qız, ikisi oğlan olan dörd övladının hər birinə ayda 10 min dollar ödənilməsi və ev verilməsi qərarının ötən ilin sonunda kral Salman tərəfindən təsdiqləndiyi bildirilir. Kaşıkçının övladlarına verilən evlərin Ciddədə yerləşdiyi və hər birinin dəyərinin 4 milyon dollar məbləğində olduğu bildirilir.
“Susdurmaq üçün edilir”
Mənbələr Səudiyyə rəhbərliyinin bu ödənişləri Kaşıkçı ailələrinin üzvlərinin atalarının qətli ilə bağlı ictimaiyyətə açıqlama verməkdən çəkinmələri məqsədi daşıyan uzunmüddətli razılaşma üçün etdiklərini bildiriblər.
Vəliəhd şahzadə Məhəmməd bin Salman ilə əl-ələ salamlaşarkən fotoları ötən ilin oktyabr ayında dərc olunan Saleh Kaşıkçının qətlə qurban gedən Camal Kaşıkçının Səudiyyə Ərəbistanında yaşamağa davam eləmək istəyən yeganə oğlu olduğu bildirilir. Qəzetin yazdığına görə, Kaşıkçının ABŞ-da yaşayan digər övladları Səudiyyə Ərəbistanındakı yeni mülklərinin satılmasını gözləyirlər.
Saleh Kaşıkçı ilə yanaşı, qardaşı Abdullah və bacıları Noha ilə Rezan Camal da iddialarla bağlı açıqlamalar verməyiblər. Kaşıkçı ailəsini təmsil edən, Vaşinqtonda fəaliyyət göstərən vəkil Villyam Teylor da ailəyə təzminat ödənib-ödənilməməsi ilə bağlı açıqlama verməyi rədd edib.
Kaşıkçının övladları atalarının qətlindən bəri Səudiyyə Ərəbistanı krallığını tənqid eləməkdən çəkinirlər.(hurriyyet)
Paylaş:
Müəllif : Redaktor
Tarix:2-04-2019, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:2-04-2019, 13:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01