İCRA BAŞÇISI PREZİDENTİN DAYANDIRDIĞI TİKİNTİNİ DAVAM ETDİRİR
Gündəmi “Diqlas”dakı yanğın və onun sonuclarının zəbt etdiyi bir çağda Nizami rayon icra hakimiyyəti prezidentin göstərişi ilə tikintisi dayandırılan qanunsuz tikinti işlərini davam etdirir. Yəqin yaddaşlarda olar, bir ara öncə dövlət başçısı Bakıda ağacların kəsilib, yaşıllığın məhv edilib yerində heç bir normativə, şəhərsalma və tikinti qaydalarına uyğun olmayan tikilən obyektlərin söküləcəyi xəbərdarlığını etmişdi. Bu xəbərdarlıqdan qorxuya düşən Nizami RİH başçısı Arif Qasımov tikintiyə icazə vermədiklərini açıqlayıb, qanunsuz olduğundan dayandırıldığını demişdi. Elə o çağdan qanunsuz, yöndəmsiz tikinti işləri dayandırılsa da, qanunsuzluğu, yöndəmsizliyi düzəltmək adına sökülməsi gerçəkləşməyib. Heç demə, icra başçıları əlverişli məqam gözləyirmiş. Artıq bir neçə gündür ki, söküntü əvəzinə, tikinti işləri davam etdirilir. Onu da deyək ki, Nizami rayonunda Heydər Əliyevin adını daşıyan hər iki- Naxçıvanski və Bəhruz Nuriyev küçələrindəki parkların yanında eyni üslubda iki qatı inşa edilən yarımçıq tikili var. Hər iki parkda yaşıllığın məhv edilərək yerində ayaqyolu tikilməsi faktı “Milli Məclis səviyyəsində ağsaqqal istəyi ilə” gerçəkləşib. Yəqin yenə də Naxçıvanski küçəsinin ağsaqqallarının Bəhruz Nuriyev küçəsində yerləşən Heydər parkının yanında obyekt tikilməsi üçün Milli Məclisə müraciət etmələri “əsasında” qanunsuz tikintilərin davam etdirilməsi bildiriləcək.
“Diqlas”a, “Lotos”a və s. gəldikdə bu obyektin, eləcə də “8-ci kilometr” bazarı çevrəsindəki bütün ticarət obyektlərinin bünövrəsi haramdan tökülüb , mayası haramdan yoğrulub. Bu obyektlər hamısı “yaşıl soyqırım”dan , “ağac qətliam”ından törəndiklərindən “bic” sayılırlar. Bu “bic” , haram obyektlərin “xaç -ay ataları” da hamısı hakimiyyətin yuxarısında təmsil olunanlardır. Elə indi guya Bakının simvoluna çevrilən “Moskva” qonaq evinin yerindəki “Üç qüllə” kompleksi də yaxınlıqdakı küknar meşəsinin “qanı” üstündə ucalıb.
Haramla abad olan sonda bərbad olur. Nə yazıq, altını çəkənlər “yuxarılar” yox, elə sıradan insanlar olur.
Məğrur Bədəlsoy
Paylaş:
Müəllif : Redaktor
Tarix:29-03-2019, 19:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:29-03-2019, 19:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |