Alman prokuror “Müsavat işi” haqda: "Saxlanılanları 10 ilə qədər həbs cəzası gözləyir"
Almaniya Federal Polisi azərbaycanlı siyasi mühacirlər-Azərbaycan Daxili İşlər Nazirliyinin keçmiş polkovniki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq deputat Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev və müxalifət partiyası “Müsavat”ın Xarici Mərkəzinin lideri Mehti Xəlilbəylinin qanunsuz ticarətdə və gizli əməliyyatlarda, eləcə də sənədlərin saxtalaşdırılmasında və çirkli pulların yuyulmasında iştirakçı olmaları şübhəsi ilə xüsusi araşdırma aparır.
Frankfurt-Mayn Federal Polisinin Kriminal İdarəsi Koblenz prokurorluğunun sorğusu üzrə on üç obyektdə yoxlamalar keçirib. Araşdırmalar Köln, Frankfurt, Visbaden və Düsseldorfda da həyata keçirilib. Almaniya polisi Əlövsət Əliyev və Mehti Xəlilbəyliyə məxsus mənzillərdə və ticarət obyektlərində axtarış aparıb. Bu şəxslərdən əlavə daha altı siyasi mühacirlə bağlı da istintaq aparılır. Lakin Ə.Əliyev və M.Xəlilbəyli barəsində həbs qətimkan tədbiri seçilib.
Frankfurt-Mayn Federal Polisinin Kriminal İdarəsində virtualaz.org-a bildiriblər ki, Almaniya hüquq-mühafizə orqanlarının ehtimalına görə, 49 yaşlı Mehti Xəlilbəyli mütəşəkkil cinayətkar qrup olduğu güman edilən dəstənin başçısı ola bilər. Hazırda səkkiz əcnəbi barəsində kommersiya və qanunsuz qaçaqmalçılıq, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulması şübhəsi ilə bağlı ilkin istintaq aparılır.
Onlar ən azı 20 nəfərin Azərbaycandan 3000 ilə 10.000 avro arasında pul qarşılığında Almaniyaya daşınmasında ittiham olunurlar. Cinayətkar qrup, qeyri-qanuni mühacirlərə Almaniyada uzun müddət qalmaları üçün mütəşəkkil şəkildə saxta sənədlər təqdim edib. Federal Polisin bu əməliyyatlarda iştirak edən 180 əməkdaşı xeyli sübutlar- xüsusən də noutbuk və smartfonlar kimi müxtəlif məlumat saxlama vasitələri, ayrı-ayrı sənədlər, şəxsiyyət vəsiqələri və təqribən 21 min avro məbləğində nağd pul əldə edə biliblər. Federal Polisin Kriminal İdarəsi 2019-cu ilin iyunundan bəri Koblenz prokurorunun tələbi ilə araşdırma aparır.
Koblenz prokuroru Torsten Kahl virtualaz.org-un suallarını cavablandırmağa razılıq verib.
- Cənab prokuror, Azərbaycan hakimiyyətinin yaydığı məlumata görə, noyabrın 14-də Almaniyadan çarter reysi ilə Azərbaycana 61 nəfər (22 kişi, 18 qadın və 21 uşaq) deportasiya edilib. Bu deportasiya Ə.Əliyev və M.Xəlilbəyliyə qarşı başlanan cinayət işi ilə əlaqədardır?
-Biz sizin dediyiniz şəxslərlə bağlı ilkin istintaqa başlamışıq. İttihamlar təqsirləndirilən şəxslərə təqdim olunan əməliyyat-axtarış sübutlarına əsaslanır. Ancaq bu işlə əlaqədar heç bir Azərbaycan vətəndaşı deportasiya olunmayıb.
- Ə.Əliyev və M.Xəlilbəyli konkret olaraq nədə ittiham olunurlar?
- Göstərdiyiniz şəxslər, digər Azərbaycan vətəndaşları kimi, əcnəbilərin ticarəti və qrup qaçaqmalçılığında, sənədlərin saxtalaşdırılması və çirkli pulların yuyulmasında ittiham olunurlar.
- Hazırda tutulanlar harada saxlanılırlar? Hansı şəhərdə?
- İki nəfər rəsmi qərar əsasında həbs edilib. Hazırda onlar müvafiq həbsxanalara köçürülüb.
- Bir sıra KİV-lər istintaqın, miqrant alveri şübhəsi ilə, daha 60 Azərbaycan vətəndaşını əhatə etdiyi barədə xəbər yayıblar?
- Bu məlumat həqiqətə uyğun deyil. Yalnız 8 Azərbaycan vətəndaşına qarşı ittiham irəli sürülüb.
-Necə düşünürsünüz, ilkin istintaq nə qədər vaxt apara bilər?
- Demək çətindir. Gördüyünüz kimi, bunlar çox ciddi iddialardır. Belə məsələlərdə proqnoz vermək çətindir. Həbs olunanlara qarşı qabaqlayıcı tədbir 6 ay müddətinə seçilib. Qanuna görə, qabaqlayıcı tədbirin müddətini uzatmaq mümkündür.
- İttiham aktı təqdim olunsa, məhkəmə hansı şəhərdə keçiriləcək?
- Yekun qərar təqdim edildiyi təqdirdə təqsirləndirilən şəxslər Koblenz Regional Məhkəməsi qarşısında duracaqlar. Almaniya qanunlarına görə, sahə məhkəmələri, cəzasının dörd ildən çox olmadığı və ya psixiatrik klinikaya yerləşdirilməsi ilə bağlı cinayət işlərinə baxa bilərlər. İndiki halda söhbət 5 ildən 10 ilə qədər həbs cəzasından gedir.
Həbs olunan şəxslərə ittiham aktı təqdim olunarsa, proses Koblenz Regional Məhkəməsində keçiriləcək. /virtualaz.org
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-11-2019, 20:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-11-2019, 20:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11