Təhlükəli xəstəliklərə yol açan məhsullar açıqlandı
İspaniyalı diyetoloqlar təhlükəli xəstəliklərin inkişafına daha çox təsir göstərən qida məhsullarını açıqlayıb. Məlumatına görə, bu barədə “La Vanguardia” yazıb.
Siyahıya cəmi beş məhsul daxil edilib: toyuq, yumurta, balıq, dəniz məhsulları və göyərti.
Mütəxəssislər toyuğu istifadədən əvvəl yaxşıca termik emal etməyi məsləhət görür. Bundan əlavə, ətin buzunu otaq temperaturunda açmamağı tövsiyə edir. Əks halda, bu, salmonella və stafilokokk bakteriyalarının asanlıqla çoxalmasına gətirib çıxarır.
Diyetoloqların sözlərinə görə, balıq 72 saatdan az olmayaraq buz dolabında qalmalıdır, soğan, kahı və digər göyərtilər isə istifadədən əvvəl suda isladılmalıdır. Yumurtaları isə yumaq lazım deyil. Yumurtanın qabığındakı məsamələrdən onun içinə suda olan bakteriyalar düşə bilər.
Ekspertlər, həmçinin, piştaxtalarda olan dəniz məhsullarının hansı şəraitdə saxlanılması haqda məlumat almağı məsləhət görür.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-10-2019, 16:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-10-2019, 16:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26