İslahat icra başçılarına çatır? – “Kiçik padşahlar”ın narahat günləri
Hökumətdə aparılan kadr islahatları son günlərin əsas gündəm mövzusudur.
Xüsusilə də ölkə başçısının yaş həddi ilə əlaqədar rəhbər vəzifədə çalışanlara “Gənclərə yol açın!” çağırışından sonra geniş vüsət alan prosesin davamlı olacağı, daha geniş sahələri əhatə edəcəyi gözlənilir. İlk istefaların hökumətdə təmsil olunan rəhbər şəxslərdən gəlməsi isə cəmiyyət tərəfindən də kifayət qədər müsbət qarşılanıb. Prezidentin çağırışına ilk cavab verənlər Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənov oldu.
Sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də vəzifəsindən azad edilib. Ölkə başçısı İlham Əliyevin yaşı 70-i ötmüş vəzifə sahiblərinə etdiyi çağırışa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə də müsbət reaksiya verib. Prosesin davamlı olacağı, hökumətdə təmsil olunan digər yaşlı məmurların da ölkə başçısının çağırışına qoşulacağı gözlənilir. Yəqin ki, yaxın günlərdə bu qəbildən olan başqa istefaların da şahidi olacağıq.
Prosesin daha da genişlənməsi də istisna deyil. İddia olunur ki, gəncləşmə dalğası Milli Məclisindən də yan keçməyəcək. Xüsusilə də yaşı 70-dən yuxarı olan deputatların növbəti, 2020-ci il parlament seçkilərində namizəd olmayacağı deyilir. Artıq depuatat Ağacan Əbiyev də ölkə başçısının bu çağrışına qoşulub və gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəyini deyib: “Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.
Digər yaşlı deputatlardan (Qeyd edək ki, hazırda parlamentdə pensiya yaşına çatmış 47 deputat var-müəll.) hələlik belə bir təşəbbüs gəlməsə də, gələn il baş tutacaq seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) bu qəbildən olan namizədlərə dəstək verməyəcəyi gözlənilir.
Son günlər hər kəsi düşündürən məsələlərdən biri də bu qəbildən olan kadr islahatlarının icra başçılarını da əhatə edib-etməyəcəyidir. Bu gün ən çox şikayət olunan məmurların başında gələn icra başçıları ilə bağlı məsələ hələlik tam aydınlaşmasa da, onların da qısa zamanda yola salınacağı gözlənilir. Rəhbərlik etdikləri rayonlarda “kiçik padşah”lıq edən icra başçıları arasında da yaşı 70-i ötmüş kifayət qədər şəxs var.
Onlardan Zakir Fərəcov - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı - 65 yaş, Nizaməddin Quliyev - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş, Alı Alıyev - Füzuli Rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş, Novruz Novruzov - Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı - 65 yaş, Şahmar Usubov - Xocalı Rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş, Malik İsaqov - Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş, Rafil Hüseynov - Masallı Rayon İcra Hakimiyyətinin başçısı - 66 yaş, Adil Məmmədov - Qobustan Rayon İcra Hakimiyyətinin başçısı - 67 yaş, Əhməd Muxtarov - Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı - 68 yaş, Mirdaməd Sadıqov - İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş, Bayram Səfərov - Şuşa Rayon İcra Hakimiyyətinin başçısı - 69 yaş, Məmməd Məmmədov - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı - 70 yaş, Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş, Alı Qocayev - Samux Rayon İcra Hakimiyyətinin başçısı - 72 yaş, Şəmsəddin Xanbabayevin - Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı - 80 yaşı var.
Hesab olunur ki, bəziləri sahib olduqları resursları itirməmək üçün fərqli yol seçərək vəzifədə qalmağa çalaşacaqlar. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da “Prezident də bildirdi ki, yerli icra hakimiyyəti orqanları insanları incidirlər. Doğrudur, bunu bütün icra başçıları barədə demək olmaz. Amma özbaşınalıq edən kifayət qədər icra başçısı var”,- deməklə məsələyə münasibət bildirib.
Yaş həddinə gəlincə, deputat deyib ki, əgər hakimiyyət orqanlarında dəyişikliklər gedirsə, bu, icra hakimiyyətlərindən də yan keçməyəcək.
Maraqlıdır, icra başçıları hansı yolu seçəcək? Prezidentin çağırışına müsbət cavab verərək, istefaya gedəcək, vəzifədə qalmaq üçün xalqın problemləri ilə maraqlanmağa başlayacaq? Yoxsa yenə də öz bildikləri qaydada işləməyə davam edəcəklər?
Hər halda, çağırışa qoşulmaq məmurların müstəqil seçimidir. Onlar bu təşəbbüsə öz istəkləri ilə qoşula və ya qoşulmaya bilərlər. Amma xalqın problemləri ilə maraqlanmaq, onların həllinə çalışmaq onların birbaşa vəzifəsidir. İstefa verməmək üçün çalışa, müxtəlif yollar üzərində düşünə bilərlər, amma, bu addıma görə təşəkkür almayacaqlar. Əksinə, zamanında xalqın problemlərini qulaqardına vurduqları üçün bu və ya digər formada cəzalandırıla bilərlər. Üçüncü seçim isə yenə də öz bildikləri kimi işləməyə davam etmələridir ki, bunun da onlara heç bir halda, xeyirli olmayacağı əvvəlcədən bəllidir. Belə olduğu halda, onların könüllü olaraq təşəbbüsə qoşularaq istefa mədəniyyəti göstərmələri gözlənilməyəcək. Bu yolu tutan icra başçıları birbaşa istefaya göndərilə bilər ki, bu da illərlə “qazandıqları”nı bir anın içində vəzifə sevdasına görə itirmək anlamına gələcək. Hər halda, vaxt əhalinin problemlərinə biganə qalan icra başçılarının əleyhinə işləyir.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-10-2019, 10:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-10-2019, 10:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11