“Aktyorları, film çəkənləri “əzdilər”, film də “öldü” - İslahatlar məsələsi aktyorları üz-üzə qoydu
Son günlər ölkə siyasətində islahatlar, yaşlı vəzifə sahiblərinin işdən çıxarılması müşahidə olunur. Yaş, islahat məsələsi digər sahələrdə də aktual mövzuya çevrilib.
Belə ki, Xalq artisti Afaq Bəşirqızı Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək, İttifaqın nəyə xidmət etdiyinin məlum olmamasından gileylənmişdi. O, TXİ-nın sədri Azərpaşa Nemətova Hacıbaba Abutalıbovdan nümunə götürməyi və vəzifədən getməyi məsləhət bilib.
Bəs görəsən, aktyorluq, kino, teatr sahəsində hansı islahatlara ehtiyac var? Bu sahədə də yaşlı idarəçilərin vəzifədən getməsi, cavanlara yer verilməsi nələri dəyişə bilər?
Mövzu ilə bağlı tanınmış aktyorlarla əlaqə saxladıq. Bu məslədə aktyorlar arasında da fikir ayrılıqları müşahidə olunub. Onların bəziləri problemlərin olduğunu təsdiqləsə də, heç bir problemin olmadığını deyənlər də oldu.
Əməkdar artist İlqar Cahangir “Yeni Sabah”a açıqlamasında islahata ehtiyac olduğunu deyib:
“Azərbaycanda hansı sahədə bizi nə isə qane edir ki, aktyorluq sənəti, teatr, kino da etsin? Yaşla bağlı islahatlara mədəniyyət sahəsində də təbii ki, ehtiyac var. Mən teatrda artıq işləmirəm deyə bu məsələrlə o qədər də yaxından əlaqəm yoxdur. Amma baş verənləri mətbuatdan oxuyuram. Bilirəm ki,Azərpaşa Nemətov yenidən Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçilib, aktyorlar da buna etiraz ediblər. Bilirsiniz, 3-5 nəfərin etirazı edib, amma 97 nəfər lehinə səs verib. Aktyorlar nəyinisə itirmək istəmir. Kimsə işini, müəyyən şeyləri itirmək istəmir, karyerasına xələl gəlsin istəmir. Nə deyirlərsə, onu da edirlər”.
Tanınmış aktyor Elməddin Cəfərov da bu sahədəki problemləri və onun yaradan səbəbləri göstərib:
“Kino sektoru 2014-cü ildə inkişaf etməyə başladı. Sonra kinoteatr şəbəkələri arasında nə isə problemlər yarandı və başladılar bir-birləri ilə prinsip aparmağa. Bununla da avtomatik aktyorları, prodüsserləri, film çəkənləri “əzdilər”. Film də elə “öldü”. Film çəkilişləri zəifləməyə başladı. Qiyməti qaldırıb etdilər 10-11 manat. Kütlə də 11 manat filmə necə versin? Popkornla bir yerdə gəlib 100 manat edir. Filmlər satılmağa başladı və aktyorlar ruhdan düşdü. Kinoteatrın məslələri həll olunmalıdır ki, inkişaf olsun. Stadion olmalıdır ki, futbolçu oynasın. Futbolçunu nə qədər asfaltda oynatmaq olar? Bizim məsələ də buna bənzəyir – stadionlar xarab oldu. Əsas problem budur. Digər kiçik şeylər düzələndir”.
Aktyor yaşlı kadrlar arasında islahat keçirilməsinə fikir bildirməyinin ayıb olacağını deyib:
“Mən islahatlar barəsində fikir bildirmək istəmirəm. Mən siyasətdən uzaq adamam. Həm də hansısa aktyorun getməsi və ya qalması ilə bağlı fikir deyə bilmərəm. Axı mənim o yaşım deyil ki, özümdən böyük aktyorlara “getsin” deyəm. Mənim bu məsələdə fikir bildirməyim ayıb olar. Bizim ağsaqqallarımız, sənətkarlarımız, gözəl aktyorlarımız var, mən hələ o yaşa-başa gəlməmişəm ki, onlar haqqında fikir bildirəm. Onlar başımızın tacıdır”.
Akademik Milli Dram Teatrının aktisası, əməkdar artist Mehriban Xanlarova bugünkü durumun onu qane etdiyini deyib:
“Məni bugünkü teatrın, aktyorluq sənətinin durumu qane edir. Yaşla bağlı islahata bu sahədə ehtiyac yoxdur. Belə islahatlar aktyorlara aid olmamalıdır. Azərpaşa Nemətov barəsində isə heç nə danışmaq istəmirəm”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:24-10-2019, 16:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:24-10-2019, 16:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti