“Aydınçik, bir də mənim yanıma gəlmə…”
“Bu yaxınlarda Abbas Abbasovun bir fikrini paylaşmışdılar. Deyir ki, “vəzifədə olanda Şeyxlə dost idim. Vəzifədən gedəndən sonra bəzi məsələlər oldu. Oğlum Aydın Abbasov Şeyxin yanına gedəndə ona deyib ki, “Aydınçik, bir də mənim yanıma gəlmə. Belə hadisə olubmu?”.
Bu sualı Modern.az-ın əməkdaşı Milli Məclisin 75 saylı Lənkəran - Masallı seçki dairəsindən deputatı Cavanşir Paşazadəyə verib.
Qafqaz Müsəlmanları İdarəsinin sədrinin qardaşı bunları deyib: “Mətbuatda bu məsələnin hansı formada yazılmasını, Abbas Abbasovun o fikirləri dediyini bilmirəm. Ancaq Şeyxlə dost olmasına gəlincə, Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, onun düz yolda olmadığını Şeyx telefonda ona deyib. Şeyxin etirazından sonra Abbas Abbasov yenə də Rusiyada iclaslar keçirdi. Təbii ki, Şeyx də dövlətçilik naminə bu məsələdə geri çəkildi. Qaldı ki, Aydının Şeyxin yanına gəlməsinə. Əvvəla, Aydın Şeyxin yaşıdı deyil ki, gəlib onun yanında otursun və Şeyx də desin ki “yanıma gəlmə”. Bu doğru deyil”.
Qeyd edək ki, Abbas Abbasovun oğlu, 2015-ci il parlament seçkilərində iştirakdan imtina edən sabiq deputat Aydın Abbasov bu günlərdə yenidən medianın diqqətindədir. O, bir neçə gün əvvəl məşhur kriminal avtoritetlə görüntülənib. Şəkildə də göründüyü kimi, Aydın Abbasov Türkiyənin “Rəis” ləqəbli kriminal avtoriteti Sedat Pekerlə bir yerdədir. Onların yaxın dost olduğu da deyilir. Onlar biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəlirlər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:16-10-2019, 21:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:16-10-2019, 21:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26