Çörəkdən siqaret kötüyü çıxdı - Həmin müəssisədə yoxlama aparıldı - Fotolar

İçərisindən siqaret kötüyü çıxdığı iddia olunan çörəyin emal olunduğu müəssisədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlama aparılıb.
Bu barədə RegionXəbərləricom.az Agentlikdən məlumat verilib.
Bildirilib ki, mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, çörəkdən siqaret kötüyünün çıxması ilə bağlı sosial şəbəkədə məlumat yayılmışdı. İstehsalçı şirkət isə yayılan görüntünün həqiqətə uyğun olmadığını, bəzi şəxslərin məqsədli şəkildə həmin məlumatı yaydığını açıqlamışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-02-2025, 12:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Vüqar Sədibəyli Abşeronun “göbəyində” qanuna meydan oxuyur: Yüzlərlə ailə ayağa qalxdı…

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR