Partiyalar bələdiyyə seçkilərində iştirak edəcək? - “Bir az inamsızlıq var”
Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-u tarixinə təyin edilib. artıq bu gündən namizədliklərin irəli sürülməsi prosesi başlayıb.
Siyasi partiyalardan hansı bələdiyyə seçkilərinə qatılacaq?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Bu günə qədər keçirilən hər bir seçkidə iştirak etmişik. Bundan öncə baş tutan prezident və parlament seçkilərinə də qatıldıq. Böyük Azərbaycan Partiyası olaraq, bələdiyyə seçkilərində də iştirak edəcəyik”.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı: "Bununla bağlı qərar yaxın günlərdə partiya Divanında müzakirə olunduqdan sonra elan olunacaq. Yəqin ki, ya sabah, ya da gələn Bazar ertəsi. O zaman qərarla tanış olarsınız”.
ReAL partiyasının sədri Natiq Cəfərli: "Yyanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirakımız dəqiqdir. Partiyamız yaranan gündən bu bütün seçkilərdə iştirakın tərəfdarı olub. Bəli, bələdiyyə seçkilərində Respublikaçı Alternativ iştirak edəcək. Sadəcə bu iştirakın formaları, harada və nə qədər namizədlə iştirak gələn həftə müzakirə mövzusu olacaq. Qərarlarımızı ictimaiyyətə açıqlayacağıq. Amma iştirak edəcəyimiz dəqiqdir”.
Müasir Müsavat Pariyasının rəhbəri Hafiz Hacıyev: “Bu məsələ gündəmdədir, amma hələlik qərar verməmişik. Yaxın günlərdə Siyasi Şuranın iclasında müzakirə ediləcək və qərara uyğun addım atacağıq. Hazırda rayon təşkilatlarında bir az inamsızlıq var. Ona görə də məsələ çətindir. Hər halda Siyasi Şura nə qədər verəcəksə, o istiqamətdə hərəkət edəcəyik”.
Nazim Hacıyev
Paylaş:
Müəllif : Fuad
Tarix:28-11-2024, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |