“İlqar prezident seçkilərində otursun “07”yə, Üzeyirə “polni” xod versin...”
REAL partiyasının sədri İlqar Məmmədovun müğənni Üzeyir Mehdizadənin böyük istedadı olduğunu deməsi və onu bu nailiyyətinə görə təbrik etməsi tərəfdaşları tərəfindən etirazla qarşılanıb.
İ.Məmmədov sosial şəbəkə hesabında qeyd edib ki, həbs olunmadan öncə də Üzeyir Mehdizadənin güclü musiqi istedadı olduğunu forumlarda yazıb:
“Məni ələ salmayan qalmadı, baxmayaraq ki, “musiqisini bəyənirəm” demədim (fərqli zövq məsələsidir), sadəcə “böyük istedadını görürəm” dedim. Buyurun, Azərbaycan ifaçıları arasında ilk dəfə bir klipinə 100 milyon baxış, yarım milyonadək bəyənmə qazanmış musiqiçi. Təbrikə layiq uğurdur!”.
Təşkilatın İdarə Heyətinin üzvü Altay Göyüşov buna etiraz edərək ironik formada cavab yazıb: “Təklif edirəm ki, gələn prezident seçkilərində İlqar kampaniyasını belə aparsın: Bir dənə “07” alır, qabaq təkərlərini qaldırır, “oçki”lərini çıxarır, oturur sükan arxasında. Pəncərələri açır, Üzeyir Mehdizadəyə “polni” xod verir, şəhərin küçələrində şütüyür. Yanında da realçılardan biri oturub çırtıq çalır. 100 milyonların səsi qaranti”.
Daha sonra isə A.Göyüşov məsələyə ciddi formada münasibət bildirib: “Musiqinin missiyası həm də zövqləri nəfis etmək, yüksəltmək, mədəni, sivilizasiya səviyyəsini təkmilləşdirməkdir. Musiqinin maarifçi missiyası vardır. Üzeyir Hacıbəyov məhz bu missiyanı yerinə yetirdiyinə görə ən böyük azərbaycanlı adlandırılır.
Mən “zövqlər fərqlidir” bəhanəsilə “zövqü” Üzeyir Mehdizadə olanın Azərbaycanda prezident olmasına faciə kimi baxaram.
O ki qaldı yekə rəqəmlərə, cəmi siyasətçilərinizin videolarının baxış sayı Vidadi İsgəndərlinin söyüşlərinə baxış sayının tozuna da çatmır”.(Qafqazinfo)
Paylaş:
Müəllif : Redaktor
Tarix:7-10-2019, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:7-10-2019, 14:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26