Havalar niyə soyuq keçir? (AÇIQLAMA)
Martın 21-dən Azərbaycanda yaz fəsli başlasa da, havalardan qışın hələ də təslim olmadığını müşahidə ediririk. Bakıda və Abşeron yarımadasında qışın sərt keçmədiyini nəzərə alsaq, havaların hazırda soyuq olması çaşqınlığa səbəb olur.
Maraqlıdır, havanın son günlər belə soyuq keçməsinin səbəbi nədir?
Məsələ ilə bağlı Modern.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib ki, mart qışla yaz arasında keçid olan aydır:
"Martda adətən tez-tez küləkli hava şəraiti müşahidə olunur, yağıntılar olur. Hətta Bakıda və Abşeron yarımadasında 2012-ci idə martın 8-10-da qar yağması da yaddan çıxmayıb. Bu cür hallar ayrı-ayrı illərdə qeydə alınıb. Hazırda da Bakıda qeyri-sabit hava müşahidə ounur. Belə hava mart ayı üçün xarakterikdir. Adətən, Şimaldan bizim ərazimizə daxil olan soyuq hava kütlələri nəticəsində hava şəraiti bu cür qeyri-sabit keçir. Artıq sabahdan başlayaraq iki gün ərzində ölkə ərazisində mülayim hava şəraiti hakim olacaq”.
Baş hidroloq bildirib ki, bu il Bakıda demək olar ki, qış özünü göstərmədi:
"Yanvar və fevral ayının bir-iki gününü çıxmaq şərti ilə ümumilikdə qışda hava mülayim keçdi. Bu il bölgələrimizdə də qış sərt keçmədi. İqlim dəyişikliyi də burada öz təsirini göstərir. Yalnız bizdə yox, dünyanın əksər ölkələrində iqlim dəyişiklikləri gedir, ilin bütün fəsillərində temperatur artımı qeydə alınır. Hətta qış dövründə də temperaturun artması müşahidə olunur, alçaq dağlıq ərazilərə yağan qar vaxtından tez əriyir. Yəni bu cür hallara iqlim dəyişikliyi də öz təsirini göstərir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-03-2019, 21:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-03-2019, 21:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
29-11-2024, 12:38
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir”
29-11-2024, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
29-11-2024, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
28-11-2024, 20:29
Bir gecədə çox sayda hərbçinin həlak olduğu qəza necə baş verib? - DETALLAR + VİDEO
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |