Azərbaycan-İran sərhədində nə baş verir? – “Bıçaqla sərhədçiyə hücum edən...”
Azərbaycanla İran sərhədində təxribatlar bir-birini əvəzləməkdədir. Son 15 gün ərzində İranla sərhəddə 1 sərhədçimiz yaralanıb, 3 sərhəd pozucusu isə öldürülüb.
Oktyabrın 2-də saat 00:13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə olunub. Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd olunub ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozucuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayaraq, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb sərhədçilərin həyatına qəsd ediblər. Sərhəd naryadları tərəfindən silah tətbiq olunub və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerində ölüb. Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü narkotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olunub.
Oxşar insident sentyabrın 20-də saat 21:05-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona “dayan” əmri verilib, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərib, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirib. Buna baxmayaraq, sərhədçi zabit şücaət nümayiş etdirib və cinayətkarı tərk-silah edərək saxlayıb. Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Elşən Dövlət oğlu Əliyev olması müəyyənləşdirilib, əraziyə atılmış bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram marixuana, 1 kq 10 qram tiryək və 450 qram heroin narkotik vasitə aşkarlanaraq götürülüb.
Nə baş verir? Narkotacirlər niyə fəallaşıb? Sərhədçilərə qarşı aqressiv davranışların kökündə dayanan səbəblər hansılardır?
Ümumiyyətlə, Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, son illər Azərbaycana qaçaqmalçılıq yolu ilə daxil olan narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsilə gətirilib. Son illərdə hüquq-mühafizə orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirən onlarla insanı tutub. Yüzlərlə kiloqram müxtəlif növ narkotik götürülüb. Eyni zamanda dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib. İranla sərhəddə 2018-ci il noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verən silahlı insident zamanı İran vətəndaşı Nəsiri Şəhzad Şekar Azərbaycan sərhədçiləri tərəfindən açılan atəşlə yaralanıb. Məlum olub ki, o, əvvəllər də Azərbaycanın dövlət sərhədini qanunsuz keçib və Azərbaycan sərhədçisini yaralayıb. Bu hadisədən sonra 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki səfər zamanı təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl düşünmür ki, narkotik qaçaqmalçılarının fəallaşması hansısa xüsusi səbəblə əlaqəlidir: “Narkotik qaçaqçılarının adətən peşəkar olmayanları, bu işdə ilk dəfə hərəkət edənlər belə addımlar ata bilərlər. Peşəkar narkoqaçaqçılar belə hərəkətlər etməz, özlərini belə təhlükəyə atmazlar. Azərbaycandakı sosial problemlər böyüdükcə gəlir mənbələri axtaran adamlar kimlərəsə aldanıb belə işlərə qoşulurlar. Təcrübəsizlikdən, naşılıqdan irəli gələn olaylar da məhz peşəkarlıqlarının olmaması üzündən baş verir”.
İlham İsmayıla görə, sərhədçiyə bıçaqla hücum da, sərhədçilərin “dayan” əmrinə tabe olmamaq da sərhəd pozucularının qeyri-peşəkarlıqlarını ortaya qoyur: “Peşəkar olsaydılar, belə vəziyyətə düşməzdilər, ən azı təslim olub azadlıqdan məhrum olunmaqla canlarını qurtara bilərdirlər. Bıçaqla sərhədçiyə hücum edən düşünürsə ki, sərhədçi qaçacaq, bu onun səhvidir, peşəkar olmadığını göstərir”.
İlham İsmayıl deyir ki, İran Azərbaycanlı qaçaqmalçılara şərait yaradır: “İran sərhədçiləri qaçaqmalçıları vurmur. İran şərait yaradır ki, Azərbaycana narkotik daşınsın. İran Əfqanıstanla Avropa arasında tranzit ölkədir. Həm də narkoqaçaqçıların “verbovka” oluna biləcəkləri ehtimalı da böyükdür. Onlara narkotik qaçaqçılığına izn verməklə özlərindən asılı vəziyyətə salırlar. Gürcüstanla sərhəddə belə insidentlər demək olar ki, qeydə alınmır. Çünki qarşı tərəf qaçaqçılara şərait yaratmır. İran tərəf isə qaçaqmalçılara göz yummaqla onlardan öz məqsədləri üçün istifadə etməyə çalışdır. İran şərait yaradır deyə, qaçaqmalçılar da ora gedirlər. Ola bilsin ki, sərhəddə baş verənlər sırf qaçaqmalçılıqdır. Belə çıxır ki, əvvəllər qaçaqmalçılığa bir rəvac olub. Sərhəddə yumşalma olub, həmin malların keçməsi, aparılmasına bir növ göz yumulub. Bu, özlüyündə cinayətdir. Amma belə özfəaliyyətlər ola bilir. Heç narkotik qaçaqmalçılığı deyil, başqa bir şeylər daşınıb. Bu mümkündür. Amma münasibət dəyişəndə hər iki tərəfdən sərhəddə xüsusi göstəriş verilir. Rejim sərtləşdirilir. Münasibətlər gərgin olanda qaçaqmalçılığın belə qarşısı alınır, alınanda insident baş verir, ölüm halları da olur”.
İlham İsmayıl xatırladıb ki, sərhəddə baş verənlər həm də dövlətlərarası münasibətlərdən asılıdır. Deyib ki, SSRİ dövründə münasibətlər yumşaq olanda, sərhədlərdə də münasibətlər yumşaq olurdu: “Xüsusi iradlar tutulmurdu, pretenziyalar bildirilmirdi. Hətta SSRİ kimi qapalı dövlət də beləydi. Bu və ya digər dövlətlə münasibətlər pis olanda sərhədlər birinci növbədə möhkəmləndirilirdi. Həmin münasibətlərin kəskinləşdiyi dövlətlərdən gələn turistlərə belə xüsusi iradlar bildirilirdi, yerli-yersiz nöqsanlar irəli sürülürdü. Belə addımlar da qarşılıqlı olurdu. Münasibətlər mülayim olanda isə adətən belə şeylər olmurdu. Münasibətlərdəki yumşalma sərhədlərdə də hiss olunurdu”.
İlham İsmayılın sözlərinə görə, təxribat məsələsi kənara qoyulsa belə münasibətlərdəki soyuqluq açıq şəkildə görünür: “Amma təxribat versiyası üzərində də işləmək lazımdır. Müəyyən edilməlidir ki, təxribatdırsa, hansı tərəfin təxribatıdır. Mümkündür ki, bu, İranla Azərbaycanın deyil, 3-cü bir qüvvənin təxribatdır. Həmin qüvvə Azərbaycan-İran münasibətlərinin korlanmasını istəyə bilər. Bu versiyaların hamısı baş verənləri araşdıran orqanların aparacağı təhqiqatdan, ortaya çıxan nəticədən ibarətdir”.
İlham İsmayıl vəziyyəti dəyişmək üçün daha böyük narkoticarətlə məşğul olanların qarşısını almağı zəruri sayır: “İran dövlətinə diplomatik xəbərdarlıq olunmalıdır ki, belə hərəkətlərə yol verilməsin. Qarşılıqlı əməkdaşlıq şərtlərinə əməl etməlidirlər. Xatırlayırsınızsa, İrandan ərazimizə keçməklə Gürcüstana 3 tondan artıq heroin aparılmışdı. Həmin məsələ sona qədər araşdırılmadı. Görünür, həmin narkotiki keçirənlərin gücü məhkəmədən artıqdır. Sıravı vətəndaş, hətta orta səviyyəli narkoticarətlə məşğul olanlar da bu cür böyük partiya narkotik daşımasının altına girə bilməz. Belə cinayətin arxasında mütəşəkkil cinayətkarlıqla məşğul olan səlahiyyət sahibləri dayanır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:4-10-2019, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:4-10-2019, 14:43
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01