reklam
Regionxeberlericom.az » Araşdırma » İran terrorçunu niyə cəzalandırmır? - O, Azərbaycanda mühakimə oluna bilər

reklam

İran terrorçunu niyə cəzalandırmır? - O, Azərbaycanda mühakimə oluna bilər













“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanın Baş baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə səsləndirdiyi fikirlərdə bir yenilik yoxdur”.

Bunu TNS-ə siyasi şərhçi, Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün əsas məsələ iki il əvvəl səfirliyimizə terror hücumu etmiş şəxsin indiyədək cəzalandırılmamsıdır: “Pezeşkianın görüşdə bu mövzuya toxunması, həmin şəxsin indiyədək cəzasız qalması onu göstərir ki, Tehran hakimiyyəti məsələni acı bağırsaq kimi uzatmağa üstünlük verir.

Xatırlatmaq yerinə düşər ki, 2022-23-cü illərdə İranda etiraz aksiyalarında iştirak etmiş yüzlərlə insanın məhkəməsi başa çatıb, barələrində verilmiş ölüm hökmləri icra edilib. Çünki İran hakimiyyəti onları rejim üçün təhlükə kimi görür.

Amma eyni davranışı Azərbaycan səfirliyinə hücum edib, terror törədən şəxsə qarşı göstərmir. Bu, birbaşa terrordur. Yəni, o, Azərbaycan sərhədlərini pozub, bizim sərhədlərimiz daxilində diplomatik korpusun əməkdaşlarından birini öldürüb, digərini yaralayıb.

O, ya İran ya da Azərbaycan qanunları ilə mühakimə edilməlidir. Çünki hadisə Azərbaycan ərazisində törədilib.

Bu cinayətin cəzası İran qanunları ilə edam, Azərbaycan qanunları ilə ömürlük azadlıqdan məhrumetmədir.

Amma indiyədək bu, baş verməyib. Deməli, Tehran hakimiyyəti bu məsələdən də hansısa formada istifadə etməyi düşünür.

Belə görünür ki, həmin şəxs haqqında hələ məhkəmə hökmü çıxarılmayıb”.

Sədrəddin Soltan əlavə edib ki, Pezeşkianın görüşdə dedikləri standart fikirlərdir: “Mərhum Prezident İbrahim Rəisinin dediklərini indi Pezeşkian təkrarlayır”.




Paylaş:


Müəllif : Tarix:
16-10-2024, 09:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər