Daha yaz və payız olmayacaq? - Ekoloq iddialarla razılaşmır: “Qızmar yay, soyuq qış…”
Havaların kəskin dəyişməsi, bəzən həddən artıq soyuq, bəzən isə qızmar istilərin yaşanması insanlarda narahatlıq yaradır. Bəziləri hətta bunu fəsillərin arasında fərqin itməsi ilə əlaqələndirirlər. Əksəriyyət iddia edir ki, artıq ölkəmizdə sadəcə iki fəsil – yay və qış müşahidə olunur.
“Yeni Sabah”a danışan ekoloq Qorxmaz İbrahimli deyilənlərlə razı olmadığını bildirib:
“Bu fikrə etiraz edirəm. Fəsillər arasında heç bir əlaqə, yaxud fərq itməyib. Elə bir şey qətiyyən yoxdur. Sadəcə yaz-yay, payız-qız olaraq hər şeyi Bakıya görə hesablayırıq. Qış çox quru, qarsız keçir. Bakıda ildə bir dəfə qar ya yağar, ya yağmır. Bu da çox nadir bir hal hesab olunur. Son dəfə 2012-ci ildə Bakıda güclü qar yağıb. socar vakansiya
Daha sonra baharın gəlişi və yayla bağlı iddialara nəzər salaq. Bu il yay deyilənlərə baxmayaraq, çox isti keçməyib. Yay fəslinin çox isti keçməsi ilə bağlı o qədər giley-güzar edirlər ki, halbuki elə də qızmar keçmir”.
Ekspert qeyd edib ki, hava şəraitinə müəyyən iqlim dəyişikliklərinin təsiri var:
“Bir neçə il bundan əvvəl yazda Kür çayı daşdı. Son illər isə bu çay nəinki daşmaq, əksinə, qurumağa başlayıb. Bu, son 10-20 ildə bir təkrarlanan quraqlıqlara aiddir. Əlbəttə, sözügedən məsələlərdə iqlim dəyişikliklərinin də təsiri var. Hazırda sentyabr ayı sərin keçir. Yəni bu, normal bir şeydir.
Payıza keçid edirik. Yay fəsli bitmək üzrədir. 2010-cu ildə noyabr ayı belə isti keçib. Bəzən belə hallarla üzləşmək olur. O baxımdan, hələ ki, Allaha şükür, fəsillər arasında elə də ciddi dəyişiklik yoxdur. Yaxud da keçidlər hiss olunmaz dərəcədə deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2024, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər