Vəfat etdiyi bildirilən “Bülbülə Tahir” kimdir? - Kriminal qiraət
“Bülbülə Tahir” kimi tanınan kriminal avtoritet Tahir İbrahimovun dünyasını dəyişməsi barədə məlumat yayılıb.
Yenisabah.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən Tahir İbrahimovun doğma kəndi Bülbülədə onun vəfat etməsindən danışırlar. Tahir İbrahimovun Türkiyədə ürəktutmasından dünyasını dəyişdiyi bildirilir.
1969-cu il təvəllüdlü İbrahimov Tahir Abbas oğlu təkcə Azərbaycanın deyil, Rusiyanın da kriminal dairələrində kifayət qədər nüfuza malik olub. Hüquq-mühafizə orqanlarının illər əvvəl yaydığı məlumata görə, Bülbülə Tahir “Nardaran Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşova yaxın şəxs olub. Məlumatlara görə, hazırda İranda gizlənən Balaqardaş Dadaşovun dəstəsində 40-a yaxın kriminalitet təmsil olunurmuş. “Nardaranlı Bala” haqqında materiallarda o, Azərbaycanda kidneppinqin (uşaq oğurluğu) əsas fiqurantı kimi qələmə verilir.
Onun aktivində 12 adam oğurluğu olduğu deyilir. “Karyerasına” 1981-ci ildən başlayıb. Həmin vaxt Balaqardaş Dadaşov ölüm işinə görə Arxangelsk həbsxanasında cəza çəkirmiş. “Nardaranlı Bala” həbsxanada kriminal dünyanın əfasanəsi hesab edilən “Yaponçik” ləqəbli Vyaçeslav İvankovla tanış olub. Bu tanışlıq sonralar dosluğa çevirlib.
Balaqardaş Dadaşov və dəstəsinin uşaq oğurladığı barədə bizə hər hansı fakt bəlli deyil. Bundan başqa, Azərbaycanda “oğru qanunları” bəzi hallarda digər ölkələrdəki “kriminal kodeks”lərdən fərqlənir. Konkret olaraq kidneppinq azərbaycanlı “qanuni oğru”lar tərəfindən o qədər də yaxşı əməl sayılmır.
2002-ci ildə Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi (DİN) Tahir İbrahimov, o cümlədən Balaqardaş Dadaşovun dəstəsinin digər üzvləri barədə birgə məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 1994-cü il avqustun 28-də cinayətkar aləmdə “Bülbülə Tahir”in qardaşı Hidayət İbrahimov, Akif Rüstəmov, “Roşka” ləqəbli Rövşən Paşayev və qeyrilərindən ibarət dəstə iş adamı Faiq Ələkbərovu Bakı şəhərindəki ofisində silahlı basqın etməklə oğurlayıb və 3 gün saxlayaraq hədə-qorxu ilə 182 min ABŞ dolları pulunu alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rövşən Paşayev tutulub, digərlərinin isə axtarışı davam etdirilib.
1995-ci ilin may ayında isə dəstə Bakı Çay Fabrikinin direktor müavini Rafiq Rəsulovu, oktyabr ayında Bakı Yanacaqdoldurma Məntəqələri İdarəsinin müdiri, Bülbülə qəsəbəsinin sakini Mürvət Bayramovu silahlı basqın yolu ilə oğurlayaraq hədə-qorxu gəlməklə külli miqdarda pul tələb ediblər. Aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində “Bülbülə Tahir”in hələ 2000-ci ilin fevralında, dəstənin digər üzvləri İlqar Bədəlov, Nəsrəddin Məmmədyar oğlu, Rizvan Abdullayev və Firuz Qurbanov isə bu ilin iyul və noyabr aylarında Bakı və Moskva şəhərlərində həbs olunublar.
1999-cu ilin dekabrında isə Balaqardaş Dadaşovun və cəzaçəkmə müəssisələrinin birində azadlıqdan məhrumetmə cəzası çəkən Ülfət Xudiyevin təşkil etdikləri silahlı dəstə tərəfindən “Binə” yarmarkasının sahiblərindən biri, əslən nardaranlı Məmmədmirzə Hüseynovun qardaşı Tofiq oğurlanaraq 14 gün girov saxlayaraq qohumlarından hədə-qorxu ilə 1,5 milyon ABŞ dolları tələb olunub.
Həmin dəstənin digər üzvləri İlham Həmidov, Rüstəm Qasımov və qeyriləri tərəfindən hələ 1996-cı ilin mayında Moskva şəhərində kommersiya fəaliyyəti ilə məşğul olan Surətdin Talıbovun Bakıda silahlı basqın edilməklə oğurlanması və 40 min ABŞ dolları alındıqdan sonra buraxılması da istintaqa məlum olub. Dəstənin əksər üzvləri Azərbaycanın və MDB dövlətlərinin ərazilərində tutularaq həbs olunub, Balaqardaş Dadaşov və qeyriləri barəsində isə həbsli axtarış elan edilib.
2011-ci ildə “Bülbülə Tahir”in azadlığa buraxılması barədə xəbər yayılıb. Bundan sonra onun kriminal fəaliyyəti sakit keçib. Bu illər artıq “oğru dünyası”nda konfliktlərin artdığı dönəmdir. “Bülbülə Tahir” maksimum surətdə konfliktlərə qoşulmamaq xətti tutub.
Həm konfliktlər, həm də Azərbaycanda “oğru ideyalarının” əhəmiyyətli dərəcədə məhdudlaşdırılması “Bülbülə Tahir”in də digər “qanuni oğrular” kimi ölkəni tərk etməsinə səbəb olub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:1-10-2019, 14:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:1-10-2019, 14:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 14:26
Varlı ölkənin kasıb əhalisinin naziri - xəstə inək və qara qəpik verən Sahil Babayev “çarpaz atəş altında”
Bu gün, 10:11