reklam
Regionxeberlericom.az » Araşdırma » Deputat SOCAR-ın əməkdaşlarına hücum barədə: - "Kimlərsə bulanıq suda balıq tutmağa cəhd edir"

reklam

Deputat SOCAR-ın əməkdaşlarına hücum barədə: - "Kimlərsə bulanıq suda balıq tutmağa cəhd edir"


"1990-cu illərin əvvəllərində ayrı-ayrı siyasi qüvvələr öz maqsədləri üçün Qarabağ əlillərindən istifadə etməyə cəhd edirdilər. Onlar bununla cəmiyyətdəki stabilliyi pozmağa çalışırdılar. Ulu öndər Heydər Əliyev təşkilatlanma işi apardı, qısa zaman ərzində Qarabağ əlilləri ilə bağlı işlər həyata keçirildi, dövlət onların müdafiə xərclərini üzərinə götürdü. İndi belə məsələlərlə cəmiyyəti laxlatmaq, sabitliyi pozmaq düzgün deyil”.

Regioxeberleri.com bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

Deputat xatırladıb ki, dövlət Qarabağ əlillərini ödənişsiz avtomobil, mənzillə təmin edir: "Bu həssas təbəqəyə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı var. Heydər Əliyev Fondu da Qarabağ əlillərinə qayğı göstərir. Fond onların müalicə xərclərini və digər məsələləri həll edir. Hətta Qarabağ əlilləri müalicə üçün xarici ölkələrə göndərilir. Bu, Qarabağ əlillərinə göstərilən qiymətin təzahürüdür. Azərbaycan Dövlət Neft Şirkətinin balansında olan və ya digər strateji yerlərdə - magistral xəttlərin kənarında evlərin tikilməsi düzgün deyil, qətiyyən qəbuledilməzdir. Çünki bu, dünənin və ya bugünün məsələsi deyil, 15-20 il bundan əvvəl qanun qəbul olunub ki, neft, su, qaz kəmərlərinin, magistral, yüksək gərginlikli elektrik xəttlərinin yaxınlığında ev tikmək qadağandır. Bu qanun hər kəsə aiddir. Qanun kimlər üçünsə xüsusi imtiyaz yaratmır. Bunu bilməmək məsuliyyətdən azad etmir... Kimlərsə bulanıq suda balıq tutmağa cəhd edir. Artıq Azərbaycan kifayət qədər ciddi, oturuşmuş dövlətdir, ölkədə stabillik təmin olunub. Hesab edirəm ki, bu, dardüşüncəli insanların təfəkkürünün məhsuludur...”


Paylaş:


Müəllif : Tarix:
30-09-2019, 16:57
Sikayət   


loading...
Загрузка...