reklam
Regionxeberlericom.az » Araşdırma » Yeni qadağa plastik kart istifadəçilərinə necə təsir edəcək? - Banklar istəmir amma...

reklam

Yeni qadağa plastik kart istifadəçilərinə necə təsir edəcək? - Banklar istəmir amma...

Gələn ildən Azərbaycan banklarının plastik kart istifadəçiləri statik 3D kodlarından yararlana bilməyəcəklər. "Visa International" və "Mastercard" beynəlxalq kart təşkilatları yerli banklara bununla bağlı qadağa qoyub. 2020-ci ildən ölkədə yalnız dinamik 3D kodlarından istifadə etmək mümkün olacaq.
Bu barədə açıqlama verən hüquqşünas, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov qərarı müştərilər üçün təhlükəsizlik baxımından müsbət addım kimi qiymətləndirib:

“Bu xəbər dinamik kodlarla bağlıdır. Hazırda bizdə istifadə olunan kodlar sabit kodlardır. Sabit kodu əgər kimsə əldə edə bilibsə, bu halda kartla dələduzluq əməlliyyatı yəni, pulun çıxarılması, oğurlanması məsələləri ola bilər. Ona görə də yeni növ kartlarda isə bu kod mütəmadi olaraq dəyişiləcək. Bunun hansı dövr ərzində dəyişilməsini isə bank müəyyən edir. Hansısa bir şəxs bu kodu ələ keçirsə belə, pulu çıxarmağa vaxt olmayacaq.

Beynəlxalq ödəniş, kart sistemləri də bunu artıq dünyanın aparıcı ölkələrində tətbiq edir. Azərbaycanda isə edilmirdi. Çünki banklar buna əlavə xərc qoymaq istəmir. Sadə dillə desək, gördülər ki, öz xoşumuzla etmirik, indi məcbur edirlər ki, bu sistemə keçməsəniz, bizim kartlardan istifadə sizə qadağan olacaq.

Müştərilər, istifadəçilər üçün isə bu müsbət haldır. Çünki kartlar daha yaxşı qorunacaq".
 


Paylaş:


Müəllif : Tarix:
30-09-2019, 13:48
Sikayət   


loading...
Загрузка...