“2-3 dəfə artıq qiymət yerə-göyə sığmır” – Ehtiyat hissələri niyə 3 qat baha satılır?
"Gürcüstanla müqayisədə Azərbaycanda gömrük rüsumları çox yüksəkdir. Bu, avtomobil sahəsində də - istər avtomobillərin gətirilməsi zamanı qiymətlərdə, istərsə də ehtiyat hissələrində özünü göstərir".
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Qaynarinfo-ya yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı avtomobil hissələrinin Gürcüstanla müqayisədə Azərbaycanda qat-qat baha olması faktını şərh edərkən deyib.
Qiymətlərin baha olmasının yaratdığı fəsadlardan danışan ekspert bildirib ki, bu rüsumların baha olması ölkəmizə keyfiyyətsiz ehtiyat hissələrinin daxil olmasına gətirib çıxarır:
"Baha ehtiyat hissələri gətiriləndə həm qiyməti baha olur, həm də gömrük rüsumlarını üstünə gəldikdə qiymət daha da şişir. Belə olan halda da alıcı faizi aşağı düşür. İnsanlar da ucuz məhsullar axtardığına görə bəzi şirkətlər keyfiyyətsiz ehtiyat hissələrinə üstünlük verirlər.
Bu, hazırda Azərbaycanda geniş yayılıb. Ölkəyə zay vəziyyətdə işıq cihazları, avtomobilin digər kiçik və böyük detalları gətirilir və insanlar da bundan istifadə edirlər. Nəticədə isə bu, həm yol-nəqliyyat hadisələrinə səbəb olur, həm də avtomobilin digər detallarını sıradan cıxarıb sürücüyə iki-üç qat ziyan vurur. Çox istərdim ki, bu hallara son qoyulsun. Çünki insanlar keyfiyyətli ehtiyat hissələri aldıqda, avtomobilin ömrü uzanır.
Keyfiyyətsiz ehtiyat hissələrində isə vurub digər detalları da sıradan çıxarır. Ucuz mal alıb 5 manat qabağa düşmək istəyən sürücü daha sonra bunun iki-üç qat əziyyətini çəkir. Amma bunu insanlara aşılamaq da çətindir. Çünki hamının elə imkanı yoxdur ki, gedib orijinal ehtiyat hissəsi alsın".
Elməddin Muradlı bu problemin isə gömrük rüsumlarının yüksək olması və belə şərait yaradan bəzi gömrük məmurlarından qaynaqlandığını bildirib:
"Düşünürəm ki, gömrük rüsumlarına bir daha baxmaq lazımdır. Avtomobilin 220 manatlıq ön şüşəsı Azərbaycana necə 700 manata gəlib çıxır?! Lap olsun 300 manata, 400 manata. Amma 2-3 dəfə artıq qiymət yerə-göyə sığmır. Bizdə qanunvericilər bu barədə ciddi düşünülməli, ciddi təkliflər verməlidir. Burada insanların canından, malından söhbət gedir. Orijinal işıq lampası almağa gücü çatmayan sürücü ucuz və keyfiyyətsizini alır və maşını idarə etdiyi anda avtomobil alışıb yanır. Axı insanlar bunun bədəlini ağır ödəyirlər.
Ona görə keyfiyyətsiz məhsulların bazara daxil olmasına imkan yaratmamaq lazımdır. Gömrük Komitəsinin sertifikatlara, məhsulların keyfiyyətinə nəzarət edən strukturları və yaxud da digər qurumlar bu məsələyə ciddi nəzarət etməlidir. Digər tərəfdən keyfiyyətli məhsulların gətirilməsinə stimul vermək lazımdır ki, insanlar çətin duruma düşməsinlər.
Hər hansısa bir detal Gürcüstana o qiymətə gəlib çıxırsa, Azərbaycan istəsə, bizə ondan da ucuz qiymətə gəlib çıxar. İş adamlarına imkan yaradılsa, gömrük əməkdaşı ölkəyə gələn məhsula kənardan baxıb qiymət qoymasa, ona insani keyfiyyətlərlə, normal məmur kimi yanaşsa, bu hallar baş verməz. Təsəvvür edin ki, gömrük əməkdaşı konteynerlə gələn malı soruşur və tutaq ki, deyirlər maşın şüşəsidir...
Baxıb öz ağlı ilə nə düşünürsə, bir konteynerə 50 min qiymət qoyur. Qayıdıb deyəndə ki, qardaş, bunu necə hesablayırsan, deyir ki, 60 min. Üçüncü dəfə bir söz deyəndə, deyir 70 min.
Belə yanaşma dediyiniz vəziyyət gətirib çıxarır. Orada kimsə ağalıq etməməlidir, kimsə öz qanunlarını yeritməməlidir. Dövlətin qanunları işləməlidir və ciddi nəzarət mexanizmi olmalıdır ki, ölkəyə normal məhsullar gəlsin. İstər qida sahəsində, istər avtomobil hissələri sayəsində, istər dərmanlar və ya digər məhsullarda. Biz hər şeyin ən yaxşısına layiq xalqıq, amma təəssüflər olsun ki, bəzi adamlar öz ciblərini güddükləri üçün keyfiyyətsiz məhsulları bəh-bəhlə gətirirlər. Onun fəsadları da özünü göstərir, indən sonra da daha ağır formada göstərəcək".
Gürcüstanla müqayisədə avtomobil ehtiyat hissələrinin 2-3 qat baha olmasına, bunun səbəbinin sırf gömrük rüsumları ilə bağlılığına iqtisadçı ekspert Natiq Cəfərli belə şərh verib:
"Əslində, bahalığı tam olaraq gömrük rüsumu ilə əlaqələndirmək olmaz. Çünki gömrük rüsumunun maksimal dərəcəsi 15%-dir, 18% isə əlavə dəyər vergisidir. Yəni toplamda birinci gömrük rüsumu, sonra əlavə dəyər vergisi hesablanır deyə qiymətlər Gürcüstanla müqayisədə maksimum 35,5-36% fərq etməlidir. Amma bəzi hallarda 2-3 dəfə fərq edir. Bu hal iki məsələ ilə bağlıdır:
Birincisi, gömrüyün özündən qaynaqlanan problemdir. Azərbaycanda gömrük orqanları özləri qiymət qoyub, vergi dərəcələrini də, rüsumları da özlərində olan cədvələ uyğun hesablayırlar. Bu isə doğru yanaşma deyil. Gömrük Komitəsinin qiymətləndirmə aparmaq səlahiyyəti yoxdur.
İkinci məsələ isə ondan ibarətdir ki, Gürcüstanda bu sahədə çox güclü rəqabət var. İstənilən şəxs, hətta sən-mən belə du dəqiqə Gürcüstana gedib şirkət açaraq xaricdən istədiyimiz detalı sifarişlə gətirə bilərik. Azərbaycanda isə bu işlə məşğul olan bəlli böyük şirkətlər yaranıb. 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində xırda ticarətlə məşğul olan, necə deyərlər "çanta" ilə avtomobil hissələri daşıyanlar vardı ki, onlar bazarda qiymətin müəyyən dərəcədə müsbət tərəfdən tarazlanmasına səbəb olurdular. Ancaq onlar, demək olar ki, sıxışdırılaraq bazardan çıxarıldılar və indi böyük şirkətlər qiymət diqtəsi ilə bazarı idarə edirlər".
İqtisadçı daha bir maraqlı məqamı qeyd edib:
"Azərbaycanın özü istehsal etmədiyi avtomobil ehtiyat hissələrinə bu qədər maksimal dərəcədə gömrük rüsumu və əlavə vergi qoyması məntiqsizdir. Əslində, gömrük rüsumunun da, vergi dərəcələrinin də əsas qayəsi daxili bazarın qorunması və istehlakçıların hüquqlarının qorunması yönündə addımların atılmasıdır. Əgər Azərbaycanda daxildə bir istehsal olsaydı, daxili istehlakçıları qorumaq kimi bir hədəf olsaydı, o zaman anlaşılan sayılardı. Amma indi daxildə istehsal da yox, xaricdən gətirilənlərə də maksimal dərəcədədə qiymət, rüsum və vergi tədbiq olunur, həm də ayrıca qiymətləndirilir və o qiymətlər üzərindən rüsumlar hesablanır. Bu da Azərbaycanda bazarın kifayət qədər inhisarlaşmasına, yəni çox az saylı şirkətlərin bazarda hegemon olmasına, qiymətlərin də nəticə olaraq çox yüksək olmasına səbəb olur".
İqtisadçı ekspert Vüqar Bayramov də mühərrik sistemli avtomobillər və ehtiyatları üçün tədbiq edilən aksiz dərəcə vergilərinin və rüsumun azaldılmasını zəruri hesab edir:
"Azərbaycanda avtomobilin və ehtiyat hissələrinin qiymətləri Gürcüstanla müqayisədə daha yüksəkdir. Nəzərə alsaq ki, ölkəyə idxal edilən avtomobil ehtiyatlarına tətbiq edilən vergi dərəcələrində artım var, bu onların qiymətlərinin baha olmasına səbəb olur. 2014-cü illə müqayisədə ölkəyə avtomobil idxalında kəskin azalma müşahidə olunur. Avtomobillərə tətbiq edilər aksiz dərəcələri həm də bütövlükdə avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Çünki sahibkarlar köhnə avtomobilləri Azərbaycana idxal edirlər.
Bu isə həm avtomobil parknın köhnəlməsini, həm də gələcəkdə ekologiyaya zərərləri qazların buraxılması və qəzaların sayının artmasına gətirib çıxarır. Ona görə də mühərrik sistemli avtomobillər və ehtiyatları üçün tətbiq edilən aksiz dərəcə vergilərinin və rüsumun azaldılmasına ehtiyac var".
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-09-2019, 20:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
"Gürcüstanla müqayisədə Azərbaycanda gömrük rüsumları çox yüksəkdir. Bu, avtomobil sahəsində də - istər avtomobillərin gətirilməsi zamanı qiymətlərdə, istərsə də ehtiyat hissələrində özünü göstərir".
“Yeni Sabah” xəbər verir ki, bu sözləri Qaynarinfo-ya yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı avtomobil hissələrinin Gürcüstanla müqayisədə Azərbaycanda qat-qat baha olması faktını şərh edərkən deyib.
Qiymətlərin baha olmasının yaratdığı fəsadlardan danışan ekspert bildirib ki, bu rüsumların baha olması ölkəmizə keyfiyyətsiz ehtiyat hissələrinin daxil olmasına gətirib çıxarır:
"Baha ehtiyat hissələri gətiriləndə həm qiyməti baha olur, həm də gömrük rüsumlarını üstünə gəldikdə qiymət daha da şişir. Belə olan halda da alıcı faizi aşağı düşür. İnsanlar da ucuz məhsullar axtardığına görə bəzi şirkətlər keyfiyyətsiz ehtiyat hissələrinə üstünlük verirlər.
Bu, hazırda Azərbaycanda geniş yayılıb. Ölkəyə zay vəziyyətdə işıq cihazları, avtomobilin digər kiçik və böyük detalları gətirilir və insanlar da bundan istifadə edirlər. Nəticədə isə bu, həm yol-nəqliyyat hadisələrinə səbəb olur, həm də avtomobilin digər detallarını sıradan cıxarıb sürücüyə iki-üç qat ziyan vurur. Çox istərdim ki, bu hallara son qoyulsun. Çünki insanlar keyfiyyətli ehtiyat hissələri aldıqda, avtomobilin ömrü uzanır.
Keyfiyyətsiz ehtiyat hissələrində isə vurub digər detalları da sıradan çıxarır. Ucuz mal alıb 5 manat qabağa düşmək istəyən sürücü daha sonra bunun iki-üç qat əziyyətini çəkir. Amma bunu insanlara aşılamaq da çətindir. Çünki hamının elə imkanı yoxdur ki, gedib orijinal ehtiyat hissəsi alsın".Elməddin Muradlı bu problemin isə gömrük rüsumlarının yüksək olması və belə şərait yaradan bəzi gömrük məmurlarından qaynaqlandığını bildirib:
"Düşünürəm ki, gömrük rüsumlarına bir daha baxmaq lazımdır. Avtomobilin 220 manatlıq ön şüşəsı Azərbaycana necə 700 manata gəlib çıxır?! Lap olsun 300 manata, 400 manata. Amma 2-3 dəfə artıq qiymət yerə-göyə sığmır. Bizdə qanunvericilər bu barədə ciddi düşünülməli, ciddi təkliflər verməlidir. Burada insanların canından, malından söhbət gedir. Orijinal işıq lampası almağa gücü çatmayan sürücü ucuz və keyfiyyətsizini alır və maşını idarə etdiyi anda avtomobil alışıb yanır. Axı insanlar bunun bədəlini ağır ödəyirlər.
Ona görə keyfiyyətsiz məhsulların bazara daxil olmasına imkan yaratmamaq lazımdır. Gömrük Komitəsinin sertifikatlara, məhsulların keyfiyyətinə nəzarət edən strukturları və yaxud da digər qurumlar bu məsələyə ciddi nəzarət etməlidir. Digər tərəfdən keyfiyyətli məhsulların gətirilməsinə stimul vermək lazımdır ki, insanlar çətin duruma düşməsinlər.
Hər hansısa bir detal Gürcüstana o qiymətə gəlib çıxırsa, Azərbaycan istəsə, bizə ondan da ucuz qiymətə gəlib çıxar. İş adamlarına imkan yaradılsa, gömrük əməkdaşı ölkəyə gələn məhsula kənardan baxıb qiymət qoymasa, ona insani keyfiyyətlərlə, normal məmur kimi yanaşsa, bu hallar baş verməz. Təsəvvür edin ki, gömrük əməkdaşı konteynerlə gələn malı soruşur və tutaq ki, deyirlər maşın şüşəsidir...
Baxıb öz ağlı ilə nə düşünürsə, bir konteynerə 50 min qiymət qoyur. Qayıdıb deyəndə ki, qardaş, bunu necə hesablayırsan, deyir ki, 60 min. Üçüncü dəfə bir söz deyəndə, deyir 70 min.Belə yanaşma dediyiniz vəziyyət gətirib çıxarır. Orada kimsə ağalıq etməməlidir, kimsə öz qanunlarını yeritməməlidir. Dövlətin qanunları işləməlidir və ciddi nəzarət mexanizmi olmalıdır ki, ölkəyə normal məhsullar gəlsin. İstər qida sahəsində, istər avtomobil hissələri sayəsində, istər dərmanlar və ya digər məhsullarda. Biz hər şeyin ən yaxşısına layiq xalqıq, amma təəssüflər olsun ki, bəzi adamlar öz ciblərini güddükləri üçün keyfiyyətsiz məhsulları bəh-bəhlə gətirirlər. Onun fəsadları da özünü göstərir, indən sonra da daha ağır formada göstərəcək".
Gürcüstanla müqayisədə avtomobil ehtiyat hissələrinin 2-3 qat baha olmasına, bunun səbəbinin sırf gömrük rüsumları ilə bağlılığına iqtisadçı ekspert Natiq Cəfərli belə şərh verib:
"Əslində, bahalığı tam olaraq gömrük rüsumu ilə əlaqələndirmək olmaz. Çünki gömrük rüsumunun maksimal dərəcəsi 15%-dir, 18% isə əlavə dəyər vergisidir. Yəni toplamda birinci gömrük rüsumu, sonra əlavə dəyər vergisi hesablanır deyə qiymətlər Gürcüstanla müqayisədə maksimum 35,5-36% fərq etməlidir. Amma bəzi hallarda 2-3 dəfə fərq edir. Bu hal iki məsələ ilə bağlıdır:
Birincisi, gömrüyün özündən qaynaqlanan problemdir. Azərbaycanda gömrük orqanları özləri qiymət qoyub, vergi dərəcələrini də, rüsumları da özlərində olan cədvələ uyğun hesablayırlar. Bu isə doğru yanaşma deyil. Gömrük Komitəsinin qiymətləndirmə aparmaq səlahiyyəti yoxdur.
İkinci məsələ isə ondan ibarətdir ki, Gürcüstanda bu sahədə çox güclü rəqabət var. İstənilən şəxs, hətta sən-mən belə du dəqiqə Gürcüstana gedib şirkət açaraq xaricdən istədiyimiz detalı sifarişlə gətirə bilərik. Azərbaycanda isə bu işlə məşğul olan bəlli böyük şirkətlər yaranıb. 90-cı illərin sonu, 2000-ci illərin əvvəlində xırda ticarətlə məşğul olan, necə deyərlər "çanta" ilə avtomobil hissələri daşıyanlar vardı ki, onlar bazarda qiymətin müəyyən dərəcədə müsbət tərəfdən tarazlanmasına səbəb olurdular. Ancaq onlar, demək olar ki, sıxışdırılaraq bazardan çıxarıldılar və indi böyük şirkətlər qiymət diqtəsi ilə bazarı idarə edirlər".
İqtisadçı daha bir maraqlı məqamı qeyd edib:
"Azərbaycanın özü istehsal etmədiyi avtomobil ehtiyat hissələrinə bu qədər maksimal dərəcədə gömrük rüsumu və əlavə vergi qoyması məntiqsizdir. Əslində, gömrük rüsumunun da, vergi dərəcələrinin də əsas qayəsi daxili bazarın qorunması və istehlakçıların hüquqlarının qorunması yönündə addımların atılmasıdır. Əgər Azərbaycanda daxildə bir istehsal olsaydı, daxili istehlakçıları qorumaq kimi bir hədəf olsaydı, o zaman anlaşılan sayılardı. Amma indi daxildə istehsal da yox, xaricdən gətirilənlərə də maksimal dərəcədədə qiymət, rüsum və vergi tədbiq olunur, həm də ayrıca qiymətləndirilir və o qiymətlər üzərindən rüsumlar hesablanır. Bu da Azərbaycanda bazarın kifayət qədər inhisarlaşmasına, yəni çox az saylı şirkətlərin bazarda hegemon olmasına, qiymətlərin də nəticə olaraq çox yüksək olmasına səbəb olur".
İqtisadçı ekspert Vüqar Bayramov də mühərrik sistemli avtomobillər və ehtiyatları üçün tədbiq edilən aksiz dərəcə vergilərinin və rüsumun azaldılmasını zəruri hesab edir:
"Azərbaycanda avtomobilin və ehtiyat hissələrinin qiymətləri Gürcüstanla müqayisədə daha yüksəkdir. Nəzərə alsaq ki, ölkəyə idxal edilən avtomobil ehtiyatlarına tətbiq edilən vergi dərəcələrində artım var, bu onların qiymətlərinin baha olmasına səbəb olur. 2014-cü illə müqayisədə ölkəyə avtomobil idxalında kəskin azalma müşahidə olunur. Avtomobillərə tətbiq edilər aksiz dərəcələri həm də bütövlükdə avtomobil parkının köhnəlməsinə gətirib çıxarır. Çünki sahibkarlar köhnə avtomobilləri Azərbaycana idxal edirlər.
Bu isə həm avtomobil parknın köhnəlməsini, həm də gələcəkdə ekologiyaya zərərləri qazların buraxılması və qəzaların sayının artmasına gətirib çıxarır. Ona görə də mühərrik sistemli avtomobillər və ehtiyatları üçün tətbiq edilən aksiz dərəcə vergilərinin və rüsumun azaldılmasına ehtiyac var".
Paylaş:
Müəllif :
Redaktor
Tarix:27-09-2019, 20:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01