reklam
Regionxeberlericom.az » Araşdırma » Uşaq nikahları daha çox Bakıda qeydə alınır - Dövlət Komitəsi

reklam

Uşaq nikahları daha çox Bakıda qeydə alınır - Dövlət Komitəsi


Azərbaycanda uşaq nikahlarının daha çox qeydə alındığı şəhər və rayonların adları açıqlanıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"a açıqlamasında bildirib ki, uşaq nikahlarının daha çox qeydə alındığı yer Bakı şəhəridir: “Növbəti sırada Şəki rayonu dayanır. Daha sonra Gəncəbasar zonası (Gəncə, Ağstafa, Gədəbəy, Daşkəsən və s) və cənub zonası qərarlaşıb”.

Şöbə müdiri qeyd edib ki, son 7 illə müqayisədə Azərbaycanda uşaq nikahlarının sayı 10 faiz azalıb: “Təbii ki, uşaq nikahları ilə bağlı problemlər bütün dünyada olduğu kimi Azərbaycanda da var. Amma bu hallar ötən illərə nisbətən ciddi şəkildə azalıb. Bu problemlərin qarşısını almaq üçün isə koordinasiyalı şəkldə işlər aparmaq lazımdır. Sırf bundan ümumrespublika qaynar xətt mərkəzi yaradılmalıdır. Təbii ki, istər uşaq nikahları ilə bağlı, istər digər zorakılıq halları ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə siqnal daxil olan kimi avtomatik olaraq biz həmin faktla bağlı əməkdaşlarımızı cəlb edirik. Bu cür halla üzləşən ailə ilə danışıqlar və müzakirələr aparırıq. Ailələrə erkən yaşda olan qız uşaqlarının yetkinlik yaşına çatması üçün dəstək olmağa çağırırıq. Bəzi hallarda bizə o siqnallar gec çatır və bu zaman artıq intihar və digər xoşagəlməz hadisələr baş verir”.

Qeyd edək ki, UNİCEF-in qərarına əsasən 18 yaşına çatmamış bir şəxslə qeyri-rəsmi birlik və ya rəsmi bağlanmış nikah uşaq nikahı adlandırılır.


Paylaş:


Müəllif : Tarix:
25-09-2019, 13:38
Sikayət   


loading...
Загрузка...