“Niyə Kəmaləddin Heydərovda 5 milyard pul olmalıdır?” - Analitika
Turan İnformasiya Agentliyinin yayımladığı “Azərbaycanda sistemli böhran” başlıqlı ölkədə son siyasi proseslərin analitikasına yönəlmiş yazını təqdim edir.
Demokrat.az xəbər verir ki, yazının müəllifi iqtisadçı ekspert Natiq Cəfərlidir:
2019-cu ildə elan edilmiş struktur dəyişikliklərinin məntiqi
Biz bu gün görürük ki, ölkənin idarə olunmasında nələrsə baş verir. Müəyyən idarəetmə strukturları dəyişdirilir, bəziləri ləğv edilir, yeniləri yaradılır, idarəetmənin humanizasiyası üçün bəzi addımlar atılır, rejimin xarici görünüşündə dəyişikliklər edilir.
Ancaq indiyədək cəmiyyətdə baş verənlər və bunun səbəbləri ilə bağlı ciddi müzakirələr yoxdur. Bəzi müşahidəçilər hesab edirlər ki, bunların hamısı boşdur, sadəcə, gözə kül üfürmək üçün edilir, digərləri bunun ciddi struktur islahatları olduğunu bildirirlər. Mənim fikrimcə, həqiqət haradasa ortadadır və bunun "tamamilə boş bir məsələ" olduğunu söyləmək olmaz.
İlk tezisim - "Bu, niyə baş verir?" sualına cavabdır.
Hesab edirəm ki, bu, loyallıq məsələsidir. Uzun müddətdir Azərbaycanda loyallıq ideologiyaya əsaslanıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) insanları cəlb etmək üçün ciddi ideoloji bazası yoxdur. 90-cı illərdən başlayaraq hakimiyyətin siyasətinin yeganə arqumenti partiya lideri Heydər Əliyevin şəxsiyyətinə əsaslanırdı: ölkə dağılırdı, Heydər Əliyev gəldi onu xilas etdi.
Amma bu, ideoloji platforma deyildi, əhaliyə partiyanın məqsədləri, vəzifələri və onlara nail olmaq yolları dəqiq açıqlanmırdı, loyallıq partiya liderinin müqəddəs olmasına inamla təmin edilmişdi. Ona görə də 2003-cü ildə H.Əliyevin ölümündən sonra loyallıqla bağlı problemlər ortaya çıxdı.
Lakin eyni zamanda ölkə böyük neft gəlirləri əldə etməyə başladı və yeni prezident hakim elitanın loyallığını və əhalinin rəğbətini pulla satın almağa başladı. Hökumətə və prezidentə loyallıq maddi səviyyəyə qalxdı.
Uzun illər, böyük neft pulları dövründə loyallıq ilə bağlı problem olmadı. 2008-ci ildə dövlət büdcəsi 9 mlrd. dollardan bir qədər çox idi, həmin il ölkə təxminən 21 mlrd dollar- yəni, dövlət büdcəsindən 2,5 dəfə çox - əldə etdi. Həmin pulların olması loyallıq məsələsini asanlıqla həll etdi. Loyallığın saxlanmasına, belə demək olarsa, indiki prezidentin atasının köhnə komandasına böyük pullar xərcləndi. Bu komanda hər vəchlə özünün vacib olduğunu vurğulayırdı - biz sizi hakimiyyətə gətirdik, onu qoruyuruq, buna görə bizə pul ödənilməlidir.
Bu 2014-2015-ci illərə - ölkənin neft gəlirlərinin iki dəfə azalmasına qədər davam etdi. Köhnə komandaya böyük pulların verilməsi artıq mümkün deyildi.
2015-ci ildə ikinci iqtidar partiyasının yaradılmasına və ideoloji bazanın rejimin siyasətinə uyğunlaşdırılmasına cəhdlər oldu. Amma bu təşəbbüs birinci xanımın adı ilə əlaqəli olsa da, zəif idi və onun təşəbbüsçüləri də zəif idilər. Atanın köhnə komandası ən qısa zamanda bu söhbəti qapadı.
Bu 2016-ci referendumuna qədər davam etdi, lakin sonra mövzu bağlandı. Mənim fikrimcə, 2016-cı il referendumu hakim ailənin yeni idarəetmə sisteminin yaradılmasında mühüm keçid anı idi. Bu referendumun əsas məqsədi hakim ailə iqtidarının daha da möhkəmləndirilməsi və digər klanlar üçün imkanların məhdudlaşdırılması idi. Çox güman ki, yeni strukturda məqsəd artıq formalaşmış olan mərkəzlərin səlahiyyətinin vitse-prezidentik institutları vasitəsilə bölüşdürülməsi idi.
Odur ki, bir çox vitse-prezidentin olmasının mümkünlüyü barədə absurd fərman verildi, halbuki, dünya praktikasında əksər hallarda ancaq bir vitse-prezident olub. Lakin göründüyü kimi, bu, işə yaramadı və sistem daxilində ciddi problemlər meydana gəldi.
2016-cı ildə birinci vitse-prezident təyin ediləndə ən böyük tənqidə mən özüm məruz qaldım, belə ki, vitse-prezident postunun yaradılması ilə bağlı müsahibəmi tam oxumadan hər kəs mənim "niyə də olmasın" sözlərimi qabardaraq məni tənqid atəşinə tutdu. Ancaq bütün ifadə bu şəkildə səslənirdi: "Əgər bu təyinat hakim elitada parçalanmaya, toqquşmaya və ya qarşıdurmaya xidmət edəcəksə, artıq de-fakto mövcud olanın de-yure rəsmiləşdirilməsində heç bir problem yoxdur, niyə də olmasın, qoy, bu problem böyüsün".
Prezidentə ya anlatdılar, ya da özü anladı ki, loyallığın köhnə üsulla əldə edilməsi çox baha başa gəlir. Niyə Kəmaləddin Heydərovda 5 mlrd., Ziya Məmmədovda isə 3 mlrd. manat olmalıdır? Axı loyallığı daha ucuz almaq olar.
Məlum olanda ki, korrupsiyaya məruz qalan ənənəvi strukturlarda islahat aparmaq mümkün deyil, paralel effektiv idarəetmə strukturlarının yaradlması üçün maraqlı proses başladı. Hər şey ASAN Xidmətdən başladı. Bu, zərurətdən yaradıldı. Bizim pulumuza bizə daha keyfiyyətli xidmət göstərən struktur yaradıldı. Məsələn, ötən il ASAN Xidmət yarım milyard manata yaxın yığıb. Biz ödəyirik və bizə xidmət edirlər. İndi bütün bu pullar korrupsiyaya uğramış oligarxik sistemdən yan keçərək birbaşa büdcəyə gedir.
Lakin bu, yalnız başlanğıc idi. Sonra qərar qəbul edildi: ümumiyyətlə, bütün idarəetmə sistemində oliqarxiyadan imtina etmək və onu CEO sistemi, yəni, menecer sistemi ilə əvəzləmək. Beləliklə, loyallığın daha aşağı qiymətə əldə edilməsinə və bu işə peşəkarların cəlb edilməsinə başlanıldı.
Məsələn, keçmiş vergilər nazirində 2 mlrd. dollar aşkar edildi, onun şaxələnmiş biznes şəbəkəsi olub, vergilər yaxşı yığılmayıb. Amma indiki nazirə - menecerə hər ay "qara əməkhaqqı" şəklində müəyyən böyük məbləğ ödənilir və o, artıq bizneslə məşğul olmur. CEO sistemi daha ucuz loyallığı təmin edir.
Təxminən ötən ilin yayında vergi qanunvericiliyinə dəyişikliklər barədə rəsmi bəyanatlar verildi, köklü dəyişikliklər gözlənilirdi, lakin onlar kiçik və orta biznesin gözlədiyi şəkildə baş vermədi. Köhnə qvardiya prezidentdən təkidlə xahiş edirdi ki, yeni sadə və effektiv vergi sistemini tətbiq etməsin. Mənim KİV və sosial şəbəkələr vasitəsilə təklif etdiyim və CEO qrupunun bəzi nümayəndələri tərəfindən dəstəklənən vergi islahatları layihəsi qəbul olundu, lakin tanınmaz dərəcədə təhrif edildi. Burada məqsəd belə idi- biznesin məmurların asılılığından azad olmasına imkan verməmək.
Yeni vergilər naziri M.Cabbarov özünün sonuncu müsahibəsində bildirmişdi ki, həmin dəyişikliklər layihəsi sadələşdirilməli, adamların anlaya biləcəyi aydın şəkildə yazılmalıdır. Ancaq sənəd artıq qəbul olunub, prezident onu imzalayıb, qüvvəyə minib. Fevral ayında isə biznesmenlər deyirdilər ki, vergi qanunvericiliyi acınacaqlı vəziyyətdədir, onunla işləmək mümkün deyil. Və bu, doğrudan da belədir. Təxminən 800 min adam indi verginin necə ödənildiyini bilmir.
Bu, niyə baş verdi?
Məncə, Paşayevlər adında komanda yoxdur, bu, mifdir. Bu, İlham Əliyevin özünün Paşayevlər brendi altında yaratmaq istədiyi komandadır. O, atasının komandasından yorulub, Paşayevlər brendi altında öz komandasını yaradır və bir güllə ilə iki dovşan vurmağa çalışır. Özü moderator rolunda çıxış edir, yəni, göstərir ki, bununla heç bir əlaqəsi yoxdur, ancaq ciddi bir problem ortaya çıxanda moderator olaraq müdaxilə edir.
Köhnə komanda ona bildirib ki, əgər biznes müstəqil olarsa və qanunla işləməyə başlayarsa, sonra onu cilovlamaq mümkün olmayacaq. Sonra həmin bu müstəqil biznesmenlər siyasi proseslərə təsir göstərməyə başlayacaqlar ki, bu da yaxşı bir şeylə nəticələnməyəcək.
İkinci, daha ciddi bir sual var. Azərbaycanda hamımız bilirik ki, vəzifənin və kürsünün itirilməsi təkcə vəzifəli şəxsin tutduğu postdan çıxarılması demək deyil, onun yığdığı bütün vəsaitin itirilməsi deməkdir. Köhnə komanda bu praktikaya son qoymaq istəyir. İstəyir ki, hansısa legitim institut olsun, məsələn, qanunvericilik səlahiyyəti alacaq ikinci vitse-prezident, onların adamı olsun (yeri gəlmişkən, birinci vitse-prezidentin beynəlxalq danışıqlar zamanı ölkəni təmsil etmək hüququndan başqa hər hansı xüsusi səlahiyyətləri yoxdur).
Beləliklə, indi köhnə komanda istəyir ki, ikinci vitse-prezident olsun və o, Naxçıvandan olmalı, onların adamı olmalıdır, hüquq-mühafizə orqanlarına nəzarət etmək səlahiyyətinə sahib olmalıdır.
Məhz bu, vergi qanunvericiliyində dəyişikliklərin qəbul edilməməsinin səbəblərindən biridir. Əgər birinci versiyada qəbul edilsəydi, bu gün keçmiş postsovet respublikaları arasında Azərbaycanda ən proqressiv vergi sistemi olardı, hətta Gürcüstanda olduğundan yaxşı. Gürcüstanda gəlir vergisi 20% təşkil edir, bu, yüksək rəqəmdir. Doğrudur, M.Cabbarov və onun komandası ehtiyat edirdi ki, ilk 6 ayda və ya 1 il ərzində vergilərin miqdarı azala bilər. Bəli, belə ehtimal var idi, ancaq hesab edirəm ki, bundan qorxmaq lazım deyil.
Əgər hər şey sistemləşdirilsə, prezident İlham Əliyevin dəstəyi ilə bir il davam gətirmək mümkün olsa 2020-ci ildə vergilərin həcmi 30-40% artacaq. Əgər indi 7 mlrd. dollar təşkil edirsə, bir ildən sonra rahat şəkildə 10 mlrd.-a bərabər olardı.
Amma bu, nəsib olmadı. Prezidentə bildirdilər ki, vergi yığımının həcmində təxminən 3 mlrd. manat azalma olacaq, nəticədə isə biznes məmurlardan asılı olmayaraq inkişaf edə bilərdi.
Amma tezliklə ölkəni borc yükünün artması gözləyir. Hələlik neftin qiymətinin necə olacağını proqnozlaşdırmaq çətindir, ancaq əgər onun qiyməti $50-a enərsə, büdcədə 2015-2016-cı illərdə olduğundan daha böyük problemlər yaranacaq, belə ki, hazırda büdcə yenidən şişirdilib. İstehsal azalır, qaz ilə ciddi problemlər var. Azərbaycan böyük borca girib və 2020-ci ilin ortalarından başlayaraq kreditlər üzrə ödənişlər artacaq, ən yüksək hədd 2024-cü ildə gözlənilir.
Aparılan islahatlarla bağlı daha bir tezisim ondan ibarətdir ki, atılan addımlar idarəetmədə dəyişikliyə gətirib çıxarmır. Bu, mühüm tezislərdən biridir. Məsələ bundadır ki, bu dəyişikliklər hələlik institusional xarakter daşımır. Hələlik yalnız nizamlanma və ixtisarlar gedir. Büdcə yükünü azaldırlar. Defisitin böyük hissəsindən qurtularaq əhalinin üzərinə qoyurlar. Bu, ona görə edilir ki, hökumət əhalidən vergi yığa bilmir. Və budur, əhalidən birbaşa yox, dolayısı ilə vergi tutulması barədə qərar qəbul edilib. Məsələn, yaradılan DOST agentliyi praktikada vətəndaşlara pullu xidmətlər göstərir - ancaq o xidmətləri göstərir ki, onlar dövlət tərəfindən pulsuz göstərilməlıdir.
Dünyanın heç bir yerində gömrük ƏDV yığmır. Amma bizim məmurlar belə düşünürlər: əgər sərhəddə bunu edə bilməsən, sonra yığa bilməzsən. Ancaq bu, absurddur. İndi sərhəddə biznesmendən 18% tutulur və düşünürlər ki, alıcılarla özü hər şeyi yoluna qoyar. Gömrük Komitəsinin sədri fəxrlə deyib ki, onlar bu yolla nəzərdə tutulan vəsaitdən 1 mlrd. manat çox yığıblar. Biznesə ziyan dəyir!
Bir tərəfdən, hökumət büdcəni sağlamlaşdırmağa absurd cəhdlər edir, digər tərəfdən isə insani sifət ilə idarə strukturları yaratmaq istəyir.
Baş verənlər siyasi və qanunvericilik sahəsindəki dəyişikliklər ilə tamamlanmadığına görə idarəçilikdəki bütün mövcud dəyişikliklər bir an içində yox ola bilər.
Köhnə komanda islahatlara qarşı təsirli siyasi koalisiya yarada bilər və artıq həyata keçirilmiş bütün dəyişiklikləri poza bilər. Hakimiyyət daxilindəki gərginlik böyükdür və artır.
Ancaq mən görürəm ki, bu daxili sürtünmənin bir sonu (deadline) var. Bu, uzun müddət davam edə bilməz. Mənə görə, böyük ehtimalla son müddət parlament seçkiləri ola bilər. Amma bilmirəm bu seçkilər növbəti olacaq, yoxsa növbədənkənar, bu il olacaq, yoxsa gələn il.
Yekun
Beləliklə, prezident neft gəlirlərinin kəskin azalması nəticəsində büdcədə yaranmış boşluqları qapatmaq üçün köhnə oliqarxik sistemdən imtina etmək və yüksək ödənişli, ixtisaslı menecerlər tərəfindən idarə olunan sistemə keçmək istəyir.
Bu, yaxşıdır, yoxsa pis? Məncə, bizim vəziyyətimizdə istənilən dəyişiklik yaxşıdır! 20 ildir "stabillik" bataqlığında olan bizlər üçün istənilən dəyişikliyin olması öz-özlüyündə artıq müsbət amildir.
Bu, vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaqmı? Suallar çoxdur.
Deyim ki, prezidentin müəyyən addımları artıq köhnə komandada ciddi narazılıq doğurur. Xatırladaq ki, ötən il təxminən bu vaxtlar 6 rayonda pambıq sahələrinə səpilən pestisidlər səbəbindən pambıqçılar arasında çox ciddi zəhərlənmə halları qeydə alınmışdı. Məlum olmuşdu ki, ötən illərdən - kənd təsərrüfatı üçün nəzərdə tutulmuş dotasiyalar rayonların icra hakimiyyətlərinin başçılarına köçürülürdü, onlar da həmin vəsaitlərin demək olar ki, yarısını mənimsəyərək qalanını pambıq yığanlara paylayırdı- fərqli olaraq bu dəfə gənc kənd təsərrüfatı naziri pulların fermerlərin şəxsi bank hesablarına köçürülməsinə başlayıb, rayonların İH başçılarına bir şey qalmayıb. Odur ki, zəhərlənmə baş verdi. Ümummilli qalmaqal yarandı. Bu zəhərlənmələrə məsul olanlar cəzalandırıldı. Pambıqçılara pulun verilməsilə bağlı yeni üsul davam edir. Hər halda yaxşı tərəfə doğru dəyişmə var.
Qeyd edim ki, tətbiq edilən CEO sisteminin demokratik müxalifət üçün mənfi tərəfi odur ki, idarəetmədəki bəzi yaxşılaşmalar indiki avtoritar sistemin dayanıqlığına və imicinə müsbət təsir göstərəcək. Bilmirəm, bu, uzun sürər, ya yox. Hələlik isə hakimiyyətin planı belədir -uzun müddət prezidenti ilahiləşdirdilər, indi də insaniləşdirirlər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:25-03-2019, 11:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:25-03-2019, 11:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:11
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
26-11-2024, 20:01