“Mən qadınları Allah eşqinə sevdim…” – Adnan Oktar
"Mən mənə bağlı qrupdakı qadınları Allah eşqi ilə sevdim".
Bunu Türkiyədə özünü din xadimi kimi təqdim edib 30-a yaxın ağır cinayətdə ittiham olunan Adnan Oktar məhkəmədə ifadə verərkən deyib.
İngiltərə dərin dövlətinin onu hədəf aldığını bildirən Oktar barəsində qaldırılan ittihamların əsassız olduğunu bildirib: "İddiaların boş olduğunu bütün Türkiyə bilir. Mənim dostlarımın hamısı ağıllı insanlardır. Biz dəli olduqmu? Hamısı uydurmadır. Dəlillər var, amma bunların heç bir etibar olunacaq dəlillər deyil. Dəlimi olduq, oturub terror təşkilatı quracağıq. Bütün bölgəni xristianlıqla örtməyi düşünürlər. Bu oyunun güclü maneəsi olduğum üçün məni hədəf götürüblər. Mən mənə bağlı qrupdakı qadınları Allah eşqi ilə sevdim. Pis niyyətim olmadı. Yazılanların hamısı şərdir".
Pedofillik ittihamlarına cavab verən Oktar qeyd edib ki, qadına ehtiyacı olsa, qadın tapardı: "Mən 10-12 yaşındakı qızları niyə qucağıma götürüm? Bu Sərra M. məni çox sevir, mən də onu sevirəm. Şirin uşaqdır. Anası qızının mənimlə yalnız görüşmək istədiyini söylədi. Mənə oyun oynayacaqlarını anladığım üçün onunla tək görüşmədim. Təxmin etdiyim kimi, illər sonra böhtana çevrilir bunlar. Bunlar hamısı ingilislərin oyunudur. Həbs olunduğum gecə dollar 3,70-dən 5 dollar bahalaşdı. Mən bütün qadınlara aşiqəm. Hamısını çox sevirəm. Allah eşqi olaraq. Şəfqət duyuram. Tarkanı sağ qolum adlandırırlar, amma o qapalı biridir. Biz Allah rızası üçün çalışan, yaşayan müsəlmanlarıq".
FETÖ terror təşkilatı ilə bağlantısının olub-olmaması ilə bağlı sualını isə belə cavablandırıb: "Fətullah Gülən məni çox sevir. Mən də onu. FETÖ ilə bağlantıma siz inanmamısınız. Beyin olaraq çox ziddik. Etdiyi çılğınlıq və dəliliklər, o qədər şəhid verməyimizdən ağıl sağlığının olmadığı bəllidir".
Qeyd edək ki, Adnan Oktar və mütəşəkkil cinayətkar dəstəsi haqqında 3908 səhifəlik ittihamnamə yazılıb. O və 226 nəfər 24 cinayətdə günahlandırılır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-09-2019, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-09-2019, 10:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 09:29
“Tender kralı“ etibarsız təchizatçı elan edildi - Təkcə bu il 3,1 milyonluq sifariş alıb
Bu gün, 08:32
NAZİRİN UZUNÖMÜRLÜLÜK “KƏŞFİ” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Dünən, 14:26